man-drinking-beer-pic

Cinsi həyata mənfi təsir edən aludəçilik

Baxış sayı: 2. 260

Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, spirtli içki qəbul olunduqda daxili orqanlar onu yad cisim kimi qəbul edir və bədəndən atmaq üçün fəailiyyətə başlayırlar. Normadan artıq olan bu fəailiyyət daxili orqanların daha tez yorulmasına və funksiya pozğunluqlarına gətirib çıxarır.

Spirtli içkilər ilk növbədə beyinə təsir edir. Əvvəlcə beyinin fəailiyyətini sürətləndirsə də, bu sürət getdikcə azalır və insan özünü idarə edə bilmir. Beynin hərəkət funksiyalarının yerinə yetirildiyi beyin hissələrinə təsir etdiyi üçün bacarıq, refleks və hərəkət gücü pozulur.

Spirt ağciyərlərə də mənfi təsir edərək onun oksigenlə daimi təminatını pozur. Spirtin qaraciyər üzərində mənfi təsiri isə qaraciyərin yağlanması, iltihab baş vermə riski və serrozun yaranmasıdır.

Spirtli içkiyə vərdiş edən insanlarda ürək döyüntüləri yüksək templidir. Bu yüksək temp ürək təzyiqinin yüksəlməsinə səbəb olur.

Mütəxəsislər deyirlər ki, son illərdə cinsiyyət orqanlarının xəstəlikləri ilə üzləşən insanların sayı sürətlə çoxalır.

Bunu spirtli içki ilə əlaqələndirən alimlərin sayı kifayət qədərdir. Alkoqol cinsi istəyi azaldır və ehtirassız, sadəcə içməkdən həzz alan bir insan yaradır. Spirtli içkilərdən istifadə edən qadınların da cinsi həyatlarından məmnun olmadıqları və seks tələbatlarının azaldıqları müşahidə olunub.

Bu içkilərdən həddinən artıq içmək xarici görünüşə, xüsusilə, dəriyə də təsir edir. Daxili orqanlar xəstələndiyi və fəaliyyətləri pozulduğu üçün bədən təmizlənə bilmir. Nəticədə üz qırışır, dəri solur, dərinin rəngi tündləşir, ağızda əyilmələr, dodaqda göyərmələr müşahidə olunur.

Spirtli içki aludəçisi olduğundan şübhələnənlərin dərhal mütəxəssisə müraciət etmələri və müalicə almaları tövsiyə edilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir