AILE

Cütlüklər arasındakı düşüncə fərqliliyi ailəyə necə təsir edir?

Baxış sayı: 1. 189

“Ailə qurduqdan sonra yoldaşımla aramızda bir çox movzuda fikrimiz ayrı düşməyə başladı “. Ətrafımızdakı  evli cütlüklərdən bu cümləni çox eşidirik. Cütlükər ailə qumamışdan öncə aralarındakı fərqə fikir vermirlər. Onlar üçün əsas olan birlikdə vaxt keçirmək və sevdikləri işlə məşğul olmaqdır. Lakin ailə qurduqdan sonra aradakı fərqlər özünü göstərməyə başlayır. Cütlüklərin əksəriyyəti həyat yoldaşının evləndikdən sonra dəyişdiyini ifadə edirlər. Bu dəyişikliklərdən biri də aralarında düşüncə fərqinin yaranmasıdır.

 

Düşüncə fərqi nədir ?

Cütlüklər arasında düşüncə fərqi, birinin hər hansı bir mövzu haqqında fikir vəya marağı digəri tərəfindən eyni şəkildə qarşılanmaması şəklindədir. Buna rəng seçimi, geyim tərzi, uşaq tərbiyəsi, siyasi düşüncə, dini düşüncə, adət-ənənə, intellektual səviyyə və s  sahələri misal göstərmək olar. Düşüncə fərqi hər cütlük arasında olur.  Bu, bəzi ailələrdə problem yaratsa da, bəzi ailələrə təsir etmir. Cütlüklərdən birinin düşüncəsi digəri tərəfindən ciddiyə alinmırsa, münaqişə mövzusuna çevrilirsə, zarafat mövzusu olursa və yanlış  anlaşılırsa, bu zaman problem yaranır . Bunun nəticəsində cütlüklər arasında inciklik, inadlaşma, tərsini etmə,  və s reaksiyalar yaranır .

 

Nə etmək olar?

1) Ailə qurmadan vəya sevgi münasibəti başlamadan öncə qarşınızdakı şəxsə,  həm şəxsi düçüncə tərziniz haqqında ətraflı məlumat verin  həm də, qarşınızdakının düşüncələrini öyrənin.

2) Əgər evləndikdən sonra düşüncə fərqindən dolayı problemlər yaranırsa, qarşılıqlı danışıb ailənin mənfəətinə uyğun hərəkət edin .

3) Münaqişə yaradan movzular ailədə tez tez vurğulanmamlı.

4) Düşüncə fərqinə hörmətlə yanaşmalı

Düşüncə fərqi hər ailədə mövcuddur. Bu da çox normaldır. Çünkü hərkəs fərqli ailədə , fərqli mühitdə böyüyür. Bunu problemə çevirmək əvəzinə fərqliliklərə hörmətlə yanaşın . Özünüzü qarşınızdakı insanın yerinə qoyun. Buna ən yaxşı misal 6 və 9 rəqəmi misalını göstərmək olar. 6 rəqəmi ortaya yazılır ,və cütlüklərdən biri rəqəmin aşağısında digəri isə yuxarısında durur. Cütlüklərdən hansı rəqəmi gördüklərini soruşduğumuzda aşağıda duran 6 yuxarıda duran isə 9 olaraq gördüyünü deyir. Burdan çıxartdığımız nəticə, ortada sabit bir rəqəm var.. əgər yoldaşınızla rəqəmə əks tərəflərdən baxsanız fərqli rəqəm ,  bir yerdə durub baxsanız bir rəqəm görəcəksiniz. Əsas ona hansı tərəfdən baxdığınız önəmlidir. Yoldaşınızın gözündən hadisəni dəyərləndirin. Bu zaman problemin öhdəsindən gəlmək daha asan olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir