uz derisi

Dərinizə uyğun maskanı necə müəyyən edə bilərsiniz?

Baxış sayı: 1. 797

Üz üçün olan maskalar dəriyə qulluğun ən təbii hissəsidir. Bu gözəllik vasitələri dərini sadəcə təmizləyib, qidalandırıb və nəmləndirmir, həm də, epidermanı sıxlaşdırır, elastikliyini artırır və rəngini yaxşılaşdırır. Maska olmadan heç bir vasitə peşəkarcasına dəriyə qulluq edə bilməz. Salondakı heç bir prosedur evdə bir dəfə edilən maskanın verdiyi nəticəni dəriyə bəxş etməz. Maskanı seçərkən sadəcə dərinizin formasını düzgün bilməlisiniz. Əgər dərinizin formasını bilmirsinizsə biz sizə bu işdə və düzgün maska seçimində kömək edirik. Siz öz dərinizə uyğun maskanı necə müəyyən edə bilərsiniz? Yazının davamını oxumaqla bunu biləcəksiniz.

Solğun dəri

Əgər siz görürüsünüz ki, dəriniz elastikliyini itirir, solğunlaşır, qırışlar yaranır, bu zaman yaşlanma əlehinə maskalar istifadə etməyə başlayın. Xüsusilə də, proksilan tərkibli gözəllik vasitələri yaşlanma əlehinə çox gözəl vasitədir. Bu baxımdan dəri üçün yaşlanma əlehinə ən ideal maskalar aljinat maskalarıdır ki, indi də çox məşhurdur. Belə maskaların tərkibində dəniz yosunu ekstraktı var. Onlar yaxşı nəmləndirir, dərini hamarlaşdırır, qırışları sakitləşdirir, dəri rəngini yaxşılaşdırır, qan axını artır. Bu maskadan sonra solğun dəriniz öz əvvəlki rəngini alır.

Yağlı dəri

Yağlı dərinin birinci göstəriciləri dərinin həddən artıq parlaqlığı (yağlanmadan irəli gələn parlaqlıq), T bölgəsi və ya ümumiyyətlə dəridə məsamələrin genişlənməsidir. Belə dəri problemi olanlar üçün əsasən, kosmetoloqlar matlaşdırıcı (Salisil turşusu, kakao ekstraktı, kükürd, sink), sakitləçdirici (daha yaxşı olar ki, bitki mənşəli maskalar olsun: çobanyastığı ilə), əmici (qarğıdalı nişastası, gil) və pilinq edən maskaları məsləhət görürlər. Pilinq təsirli maskalar ayrıca müzakirə olunmalıdır. Onlar mexaniki (gillə olan maskalar) və kimyəvi (Salisil turşusu) olurlar. Yağlılığı aradan qaldırmaq üçün ən yaxşı maskalar gil maskalardır.

Quru dəri

Əgər dərinizdə quruluq, dartılma, narahatlıq və hətta yanma hiss edirsinizə deməli, siz quru dəriyə sahibsiniz yaxud da, dəriniz quruyub. Sizə hialuron turşusu, minerallar, yağlar, yosun, qliserin, vitamin E tərkibli aktiv nəmləndirici maskalar lazımdır. Belə tərkibli maskalar dərini qidalandırır, nəmləndirir və yaxşılaşdırır. Əsasən, yay ayları üçün bu tərkibli maskalar daha faydalıdır.

Həssas dəri

Həssas dərilər xüsusi qulluq tələb edir. Birinci növbədə onları qidalandırmaq və nəmləndirmək lazımdır. Nəmləndirici və qidalandırıcı maskalar daha tərkibi yağ turşuları, vitaminlər, minerallar, kollagen və hialuron turşusu ilə zəngin olmalıdır. Onlar dərini qidalandırır, bioloji aktiv maddələrin ilə zənginləşdirir. Allergiya meylli həssas dəriyə sahib olanlar təbii yağlar və yüngül tərkibli maskalara üstünlük verməlidirlər. Dermotoloqlar həssas dəriyə sahib olanlara xüsusi resept əsasında individual maskalar məsləhət görürlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir