Dietik bors

Dietik borş necə hazırlanır?

Baxış sayı: 422

Tərkibi:

toyuq filesi – 200 qr

kələm – 500 qr

qırmızı çuğundur – 1 ədəd

kartof – 3 ədəd

pomidor – 2 ədəd

baş soğan – 1 ədəd

kök – 1 ədəd

10%-li xama

duz, istiot – bir çimdik

 

Hazırlanma qaydası:

Çuğundur və kökü folqaya büküb, sobada 30 dəqiqə bişirin. Xırda kubik formasında doğranmış toyuq filesini 2 litr suda qaynadın. Kartofu təmizləyib kubik kimi, kələmi isə xırda-xırda doğrayın. Onları toyuq olan qazana əlavə edin. Pomidor və soğanın qabığını soyub doğrayın. Ayrı tavada bişirin. Bulyona qatdığımız kartof yumşaldıqda kök, çuğundur və soğanla pomidoru qazana tökün. Duz və istiotlayın.Beş  dəqiqə bişdikdən sonra qazın üstündən götürün. Süfrəyə verdikdə istəyə görə boşqaba xama əlavə edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir