Doğma körpəsinin canını alan analar – FOTOLAYİHƏ

Baxış sayı: 1. 776

Azərbaycanlı fotoqraf Süleyman Süleymanlı Fotoqraflar.com saytına “Eftanaziya-aborta YOX deyək!” adlı bir layihə təqdim edib.

Qandondurucu şəkillər o qədər real alınıb ki, onlara qeyri-emosional baxmaq olmur. Hər bir şəkil abortun real tərəflərin göstarir və bununla da hər bir kəsi bu qərardan öncə düşünməyə vadar edir.
Süleymanın sözlərinə görə, bu proje haqda çoxtan düşünürmüş, amma nece formalaşdırmağında çətinlik çəkirmiş: “İlk olaraq şəkilləri dahada şən etmək istəyirdim. Lakin bir vaxtdan sonra fikrimi təmamilə dəyişdim və bu addımı dahada qəddarcasına atmağa qərar verdim.
Bu proyekti reallaşdırdıqda lazımı aksesuarlarları tapmaq o qədərdə asan olmadı. Amma bu layihədə iştirak edəcək modeli tapmaq düşündüyümdəndə çətin oldu. Mən ideyamla sağollaşmaq qərarını verdiyim bir anda mənim axtarışlarıma bir xanım səs verdi və üstəlik hamilə bir xanım… Mən xanıma – niyə məhz siz hamilə halınızla? – sualını verdikdə cavabı belə oldu – Mən hamiləyəm və ana olacağıma çox sevinirəm. Bu sevinc hissini hər bir xanımın yaşamasını istəyirəm!
Bu şəkillər böyük rezonans yaratdı və mən bunu gözləyirdim. Bəzi həqiqəti görmək istəməyən insanlar, bu şəkillərə baxdıqda yalnız üzdə olan çirkabı görürlər, lakin əsl çirkab şəkillərdə deyil, edilən əməllərdədir. Edilən əməllərə nəzər yetirsək, onlar şəkillərdən daha da qorxuncdur. İnsanlar günahsız olan öz parçaların öz əlləri ilə öldürür.
Biz hər gün sosial şəbəkələrdə yardıma çağıran postlarla üzləşirik və bu şəkillərlə mən günahsız, özləri üçün yardım istəmək imkanı olmayan insanlara yardıma çağırıram.
Çoxları düşünür ki, eftanaziya və abort fərqli terminlərdir. Bəli, bu tibbi baxımdan elədir ki var, amma biz projedə ad axtaranda bu iki terminin tibbi baxımdan deyil, məntiqi baxımdan oxşarlığının olmasını nəzərə aldıq. Buna görədə bu proyektin adını sırf “Eftanaziya” qoyduq”.
 
Fotoqraf və ideya müəllifi – Süleyman Süleymanlı,
Art-direktor – Delya Babayeva,
Rəssam – Kseniya Danilova.










Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir