valideyn ve usaq

Doğru valideynlik etdiyinizi göstərən 5 əlamət

Baxış sayı: 830

Adətən valideynlər uşaq böyüdərkən hər şeyi tam etmədiklərini düşünürlər. Müasir valideynlər, uşaqlarını yetkinliyə hazırlayarkən ən yüksək standartları əsas götürürlər. Psixoloqların əksəriyyəti bir uşağın möhtəşəm valideynlərinin olduğunu göstərən 5 əlamət olduğunu vurğulayırlar. Beləliklə, möhtəşəm valideyn olmağın 5 əlamətini təqdim edirik.

 

Uşağınız sizin yanınızda hər hissini ifadə edə bilir

Bəzən uşaqlarımızın sıx duyğularının zamanlaması bizi çətinə sala bilir. Buna məruz qalmağı istəmərik, amma övladınızın hirs, hüzn və ya qorxu kimi duyğularını yanınızda ifadə edə bilməsi, sizinlə birlikdə emosional baxımdan özünü güvəndə hiss etdiyini göstərən müsbət bir əlamətdir. Uşaqların ana və atalarından duyğularını gizlətdiyini görmək məni çox incidir. Bu, adətən valideyn-uşaq münasibətində böyük problemlər olduğunun göstəricisidir. Onların duyğularına xüsusi olaraq əyilin və anlayışınızı göstərin. “Divarı təpikləməklə çox əsəbi olduğunu anlayıram. Sən də mənə bunu bacının oynamağa icazə vermədiyi üçün etdiyini deyirsən”. Bunu deməyiniz, uşağınızın duyğularını və baxış bucağını başa düşdüyünüzü göstərəcək.

 

Övladınız kədərlənəndə ya da bir problemlə qarşılaşdığında sizin yanınıza gəlir

Bir uşağın problemlərlə qarşılaşdığında qapısını ilk döydüyü valideynidirsə, o valideyn şübhəsiz möhtəşəm bir iş görüb. Bunu təmin etməyin ən yaxşı yolu, uşağınıza qollarınızın hər zaman açıq olması və sizə kiçik, önəmsiz görünsə də, problemlərini canla-başla dinləməyinizdir.

 

Uşağınız reaksiyanızdan qorxmadan hiss və düşüncələrini sizinlə danışa bilir

Hörmətə əsaslanan, açıq bir valideyn-uşaq münasibətinin ən müsbət əlamətlərindən biri də budur. Bəzi ana və atalar o qədər  kövrəkdilər ki, uşaqları onları üzməmək üçün hiss və düşüncələrini içində saxlayırlar. Bir valideyn “Uşağım mənim ən böyük dayağımdır”, deyəndə qayğılanıram. Dayaq valideyn olmalıdır, uşaqlar əsla ana və atalarının dayağı olmamalıdır.

Uşaqlarınızın duyğu və düşüncələrini, mövzunu özünüzə gətirmədən hörmətlə dinləməyiniz bu vəziyyəti dəstəkləyəcəkdir.

 

Davranışlarınız günahlandırıcı və təsiredici deyil

Yaxşı valideynlər uşaqları haqqında “pis”, “təmbəl” kimi sözlər deməzlər. Uşaq heç kimə imkan vermədən şokaladların hamısını özü yeyəndə, yaxşı valideyn uşağının hərəkətinə fokuslanır: “Şokaladların hamısını heç kimlə paylaşmadan yedin. Qardaş-bacınla hər şeyini paylaşmalısan. Bu etdiyini necə düzəltməyi düşünürsən?” Bunu demək “Acgöz uşaq, tez otağına get!” deməkdən çox fərqlidir.

 

Maraqlarının və istedadının ardınca getməsi üçün uşağınızı həvəsləndirin

Maraqlarının ardınca getmək, uşaqların bir mövzuda yaxşı və uğurlu olmasını hiss etdirəcək. Bəzən uşaqlarının maraqlarını, özlərinin reallaşdıra bilmədiyi arzularını və ehtiyaclarını qarşılamağa yönləndirən valideynlərlə qarşılaşıram. Bunu edəndə hər şey qaydasındaymış kimi görünsə də, əslində həmin an hər şey tamamilə səhv istiqamətdə gedir. Bu, uşaqların özlərini uğursuz, təzyiq altında hiss etmələrinə səbəb olar.

Image result for valideynlik




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir