sac-tokulmesi

Doğuşdan sonra saçların tökülməsi – NƏ ETMƏLİ?

Baxış sayı: 2. 088

Bu qadının orqanizmində baş verən güclü hormonal dəyişikliklərlə bağlıdır. Adətən saçlar doğuşdan 3-6 ay sonra tökülməyə başlayır və bu bütün əmizdirmə dövrü ərzində davam edir.

Lakin bundan qorxmaq lazım deyil. Əksər qadınlarda saçlar bir müddətdən sonra tam bərpa olunur. Məsələ burasındadır ki, qadın hormonları qadınları keçəlləşmədən qoruyur. Bu səbəbdən keçəlləşməyə  qadınlar arasında kişilərlə müqayisədə çox nadir hallarda rast gəlinir. Bu təbiətin qanunudur. Lakin saçların daha tez bərpa olunması üçün qadın bəzi tövsiyələrə əməl etməlidir.

– Əmizdirən analar üçün xüsusi vitamin-mineral kompleksləri mövcuddur ki, bu komplekslərin tərkibinə, o cümlədən, saçların sağlamlığı üçün vacib olan maddələr daxildir.

– Sağlam tamdəyərli qidalanma da olduqca vacibdir. Bir çox hallarda uşağa baxımla məşğul olan cavan ana qidalanmasına fikir vermir, vaxtında qidalanmır. Bu qəti şəkildə yolverilməzdir. İlk növbədə bu qadının ümumi səhhəti üçün ziyanlıdır. Digər tərəfdən orqanizmdə lazım olan vitamin və mikroelementlərin çatışmazlığı ilk növbədə dəri və saçların vəziyyətinə təsir edir. Orqanizm əsas orqan və sistemləri vacib maddələrlə təmin etməyə çalışır, dəri, saçlar, dırnaqlar isə belə vəziyyətdə arxa plana çəkilir.

– Saçları yuduqda balzamdan istifadə etməyin. Balzam saçların tökülməsini gücləndirə bilər. Saçları möhkəmləndirən xüsusi maskalardan istifadə etmək olar. Fen, saç ütüsü, saçların boyanması, burulması bu dövr ərzində əks-göstərişdir.

– Xalq təbabətində tökülən saçların bərpası üçün müxtəlif effektli vasitələr var. Gənəgərçək və ayıpəncəsi yağları ilə saç maskaları, saçların gicitkən, pıtraq dəmləmələri ilə yaxalanması və s. çox yaxşı effekt verir. (saglamolun.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir