qumru E

Dövlətə xəyanətin qanuni və praktika tərəfləri – “VƏKİL BÜROSU”

Baxış sayı: 1. 518

Qanunvericiliklərində “dövlətə xəyanət” anlayışı, demək olar ki, bütün Qərb ölkələrində, birincisi, mümkün qədər aydın şəkildə ifadə olunur (yəni, belə bir cinayəti təşkil edən konkret hərəkətlər adlanır), ikincisi, öz dövləti ilə qarşıdurmada (ən çox hərbi) birbaşa iştirakla əlaqələndirilir.

 

Tarixə nəzər yetirsək bu növ cinayət haradan qaynaqlanır?

“Dövlətə xəyanət” termini Britaniya hüququnda hələ 1351-ci ildə ortaya çıxmışdır (formal olaraq, eyni qanun Böyük Britaniyada indi də qüvvədədir) – lakin o vaxtdan indiki formada ştatlar hələ mövcud olmadığından, bu cür cinayət suveren dövlətə qarşı çıxmaq kimi başa düşülürdü, yəni krala qarşı törədilmiş bir cinayət kimi qəbul edilirdi. Söhbət subyektlərin monarxa qarşı müharibə aparması, ona, arvadına və ya varislərinə qarşı sui-qəsd cəhdinin hazırlanması, kraliçanın və ya varislərin zorlanması, tacqoymanın qarşısının alınması və s. haqqında idi. Bugünkü Böyük Britaniyada “xain cinayət” anlayışı var – yəni kral və ya kraliçanın simasında dövlətə qarşı xəyanətlə bağlı az ağır cinayətlər. Söhbət monarxı devirmək cəhdlərindən, qərarlarını dəyişməyə məcbur etmək və ya parlamenti qorxutmaq üçün Böyük Britaniya ərazisində ona qarşı müharibəyə başlamaq, əcnəbiləri işğala sövq etməkdən, habelə monarxın devrilməsi ilə bağlı fikirlərin yayılmasından gedir. Bu cür cinayətlərə görə cəzaya gəlincə, ömürlük həbs maksimum olaraq qalır.

ABŞ-da dövlətə xəyanətin tərifi Konstitusiyada verilir – bu, Əsas Qanuna daxil edilən yeganə cinayət növüdür. Bu, dissidentlərə qarşı mübarizə məqsədilə qanundan ikiqat şərhlərin, sui-istifadənin və manipulyasiyanın qarşısını almaq məqsədilə edilib. Mahiyyət mümkün qədər aydın şəkildə təsvir edilmişdir – bu, yalnız ABŞ-a qarşı silahlı hərəkətlərdən ibarətdir. ABŞ Konstitusiyasının III maddəsinin 3-cü bölməsi belə görünür: “Birləşmiş Ştatlara qarşı xəyanət yalnız onlara qarşı silahlı üsyan və ya onların köməyi və dəstəyi ilə düşmənlərinə kömək etməkdən ibarətdir. Heç kəsin cinayət əməli iki şahid tərəfindən sübuta yetirilmədikcə və ya özü məhkəmədə etiraf etmədikcə, dövlətə xəyanətdə ittiham edilə bilməz. Konqresin dövlətə xəyanətə görə cəza təyin etmək səlahiyyəti var, lakin müsadirə və ya əmlakın müsadirəsi cəzaları ömürlük həbslə məhdudlaşır”.

Rusiya Federasiyasının Cinayət Məcəlləsində “Dövlətə xəyanət”, yəni Rusiya Federasiyasının vətəndaşı tərəfindən casusluq, xarici dövlətə, beynəlxalq və ya xarici təşkilata və ya onların nümayəndələrinə dövlət sirri təşkil edən, şəxsə etibar edilmiş və ya ona xidmət yolu ilə məlum olan məlumatların verilməsi; işləmək, oxumaq və ya Rusiya Federasiyasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda düşmən tərəfinə keçmək və ya xarici dövlətə, beynəlxalq və ya xarici təşkilata və ya onların nümayəndələrinə yönəldilmiş fəaliyyətdə maliyyə, maddi-texniki, məsləhət və ya digər yardım göstərmək. Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı törədildikdə, 500 000 rubladək miqdarda 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Bəs Azərbaycan qanunvericiliyində “dövlətə xəyanət” dedikdə nə başa düşülür?

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsinə əsasən, Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və yamüdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindənqəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətəvermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə,təşkilata və ya onların nümayəndələrinə kömək etmə kimi tövsif edilmişdir.

Bu cür cinayəti törətmiş şəxsə qarşı cəza tətbiq edilərkən, məhkəmələr ilk öncə təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin ağır nəticələrə səbəb olmasını, cinayətin tamah məqsədilə, qulluq mövqeyinə əsasən təqsirkara göstərilən etimaddan istifadə edilməklə törədilməsini nəzərə almasını və bu kimi digər səbəbləri müəyyən etməli, onun Azərbaycan Respublikasının suverenliyinə, dövlət təhlükəsizliyinə və müdafiə qabiliyyətinə zərər vurduğu əməllərin nəticəsinə görə cəza təyinetməlidir. Bununla da təyin edilmiş cəza törədilmiş cinayətin ağırlığına və məhkumunşəxsiyyətinə uyğun olmalıdır.

Cinayət Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzacinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteriqəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir.

 

Bu cür cinayəti törətmiş şəxsə qarşı hansı cəza tətbirləri görülür?

Cinayətin Məcəlləsində 274-cü maddəsi olan “Dövlətə xəyanət”ə görə – 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Lakin, həmin maddənin “Qeyd” hisssində göstərilmişdir ki, bu Məcəllənin 276-cı maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsi üçün xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş şəxs aldığı cinayət tapşırığının icrası üzrə heç bir fəaliyyət göstərməmişsə və dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermişsə və ya Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının alınmasına sair formada kömək etmişsə, əgər onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur.

Vurğulamaq zəruridir ki, cəzanın məqsədi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Yəni, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir.

Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir.

 

Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir