Dünyada maşın satan ilk avtomat

Baxış sayı: 1. 939

ABŞ-da dünyada ilk dəfə olaraq avtomobil satan avtomat quraşdırılıb. Bu qurğunu işlənmiş maşınların onlayn ticarəti ilə məşğul olan “Carvana” kompaniyası istifadəyə verib.

“Gencaile.az Azərtac-a istinadla xəbər verir ki, saytda müvafiq sənədləri doldurub ödəniş etdikdən sonra alıcıya nəhəng dəmir pul verilir. O, beşmərtəbəli avtomatın pul qəbuledicisinə qoyulur və bundan sonra robot müvafiq avtomobili yeni sahibinə təqdim edir.

Hələlik maşın satan avtomat yalnız Tennessi ştatının Neşvill şəhərində qoyulub. Kompaniya bu cür qurğuları ABŞ-ın daha bir neçə şəhərində quraşdırmağa hazırlaşır.

“Carvana” kompaniyası yeniliyin xeyli qənaət etməyə imkan yaratdığını bildirib. Belə ki, avtomobili satmaq üçün bahalı satış mərkəzlərinə üz tutmağa ehtiyac qalmır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir