narkomaniya

Dünyada narkomanlara necə qulluq edirlər? – FOTOLAR

Baxış sayı: 1. 413

Dünən Bakıdakı  narkoloji dispanserdə baş verən yanğın ölkənin gündəmini silkələyib. Yanğın yerinin şəkillərinə baxan hər bir oxucununsa ilk reaksiyası “bura niyə belə tövləyə bənzəyir?”dən uzağa getmir.

Bəli, xüsusi müalicəyə, personal xidmətə, qayğıya və eyni zamanda nəzarətə ehtiyacı olan narkotikdən asılı insanlar üçün dünyanın müxtəlif yerlərində, müxtəlif cür xidmətlər göstərilir. Özəl və dövlət olmaq şərtilə müxtəlif şəraitli dispanserlərdə durumu öyrənmək üçün musavat.com kiçik bir gəzişmə etməklə aşağıdakı dosyeni hazırlamışıq.

 

YAXŞI NARKOLOJİ DİSPANSER BU KEYFİYYƏTLƏRƏ MALİK OLMALIDIR

Öncə ondan başlayaq ki, Qərbdə “yaxşı narkoloji dispanser” təyinatını qazanmaq üçün aşağıdakı keyfiyyətlər olmalıdır:

Yaxşı narkoloji dispenser öz nəticələri, çalışdığı həkimlərlə reklam edilir. Müalicəni keçmiş şəxslə görüşməyiniz vacib deyil. Mərkəzdə həmin şəxslərlə bağlı göstəricilər, nəticələr öz əksini tapır. Narkotika bəlasına qalib gələn insanlarla bağlı məlumatlar konfidensial sayılmır. Sizə kiminsə soyadını soruşmaq vacib deyil. Önəmli olan müalicənin kəmiyyəti və uğur göstəriciləridir.

Bir qayda olaraq, yaxşı mərkəzdə insan təhlükəsizlikdə olur. Klinikanın ərazisinə giriş məhdudlaşdırılmış qaydada olur. Ümumən narkoloji dispanserlərə ancaq pasientərin ailə üzvləri daxil ola bilir.

klinika-1.jpg (334 KB)

Klinika personalı pasientlərin sosial statusundan asılı olmayaraq, hər birinə gözəl və anlayışlı münasibət göstərir. Çünki müsbət nəticənin əsas şərti həm də psixoloji auradır.

Yaxşı klinikada əməkdaşlar nəticəyə və real köməyə fokuslanırlar. Onlar üçün xəstənin yenidən narkotika qurşanıb, onlara müraicət edəcəyi heç də ehtimallar sırasında deyil. Bu baxımdan da bir çox hallarda müalicə məsrəfləri yüksək ola bilər. Çünki iki dəfə, ucuz xidmət üçün pul verməkdənsə, bir dəfə baha, amma yüksək nəticəli müalicə üçün ödəniş etmək daha məntiqlidir.

Narkomaniyadan 100 faiz xilas etmək, ilk müalicə kursunda uğursuz nəticə əldə edərsə, ikincinin pulsuz olacağı ilə bağlı vəd verən klinikalar heç də yaxşı klinika sayılmır. Çünki bu cür vədlər klinikanın qeyri-ciddiliyinə işarədir. Yaxşı mərkəzlərdə siz bəzən zamanında narkomaniya bəlasına düçar olub, sonra ondan qurtulan şəxslər məsləhətçi kimi çalışırlar. Bu isə klinikanın metodikasının uğurlu olmasına işarədir.

Uğurlu narkoloji klinikanın yaxşı personalı, uğurlu nəticələri ilə yanaşı, yerləşdiyi məkan da önəmlidir. Bütün sutka boyu çalışan və lazımi parametrlərə cavab verən dispanserin şəhərdən uzaq olması isə onun üstünlüyü sayılır.

klinika-2.jpg (86 KB)

Müalicə metodikasını öyrənin və  tez nəticəyə can atmayın. Çünki bu cür bəlalardan bir həftəyə xilas olmaq mümkün deyil və bunu vəd edən klinika da sözün böyük mənasında yalan deyir. Psixotrop maddələrdən, hipnozdan, müxtəlif növ şoklardan,beyində əməliyyatlardan və bunun kimi “tez bazar” üsullarla narkomaniyadan xilas etmə vədi verənlərdən uzaq olmaq lazımdır.

Yaxşı klinikada pasientləri yüksək səviyyəli müalicədən sonra növbəti reabilitasiyaya yönləndirirlər və bu, narkotikdən imtinadan sonrakı çətin adaptasiya dövrünü ötürməyə yardım edir.

İndi isə ayrı-ayrı ölkələrin təcrübəsinə nəzər salaq.

İspaniya: Bu ölkədə narkomaniyadan müalicəyə başlayarkən xəstənin asılılıq dərəcəsi yoxlanır. Daha sonra isə onun müalicəsi dövrü boyunca ilk günkü durumla müqayisələr edilir. Hər bir irəliləmə göstəricisi xəstənin özünə motivasiya məqsədilə bildirilir. İlkin mərhələdə xəstənin fiziki baxımdan gümrahlığı, özünə gəlməsi önəm daşıyır. Ardınca isə psixoloji reabilitasiya mərhələsi başlanır.

klinika-4.jpeg (628 KB)

İspaniyada müalicə müddəti 1 aydan 3 aya qədər davam edir. Bunun üçün əzələ daxilinə inyeksiyalar qəbul edilir. Müddətin sonunda xəstə özü heç narkotik maddə barədə düşünmür. Bu klinikalarda hər bir xəstənin ayrıca otağı və gizli kamera ilə nəzarət sistemi var.

Avstraliya: Bu ölkədə isə narkomaniyanın yayılmasına səbəb ciddi stresdir. Köklü avstraliyalılar bu stresin öhdəsindən narkotiklə gəlməyə çalışırlar. Avstraliyalılar ilk ərzində narkotikə daha çox pul xərcləyirlər, nəinki siqaretə. Avstraliyalılar narkomanların təcrid olunmasının tərəfdarı deyil. Müalicə dispanserlərində, reabilitasiya mərkəzlərində vəziyyət normal klinikalardan çox da fərqlənmir. Xüsusi izolə sistemindən danışmaq olmaz.

İngiltərə: Вöyük Britaniyada da 200 minə yaxın ağır narkomanın olduğu bildirilir. Müalicənin əsas prioriteti profilaktika sayılır. İngilislər üçün narkomaniya ayrıca psixiatrik və ya kriminal sahə yox, sosial problem kimi qəbul edilir. Bu səbəbdən də ölkədə çoxlu sayda pulsuz xidmət göstərən narkomanlara yardım mərkəzləri var. Bu cür yerlərin əsas xarakter cəhəti düzgün personal seçimidir.

klinika-5.jpg (173 KB)

Braziliya: Braziliyalılar xüsusi millətdir. Burada oğlanlar narkotik qəbul etməyə orta hesabla 9 yaşından başlayırlar. Qadınlar isə öz sevgililərinin bu vərdişini mənimsəyirlər. Braziliyalı həkimlər müalicə zamanı Freydin rasional analiz metodunu qəbul edirlər. Pasienti isə inandırırlar ki, narkotikdən imtina beyində başlanır və müalicənin məqsədi elə bununla yekunlaşır.Yəni, müalicənin nəticə verməsi pasientin öz əlindədir.

Hollandiya: Hollandiya isə narkomanlara qarşı öz dözümü ilə xüsusi seçilən ölkələr sırasındadır. Bu ölkənin əsas prinsipi odur ki, narkotikdən asılı şəxs cinayətkar deyil, xəstədir. Bu ölkədə narkomanların müalicəsi hər zaman və bütün şərtlər daxilində pulsuzdur.

Hollandiyadakı ən qeyri-adi müalicə metodu isə maraqlıdır. Belə ki, xəstəyə ağır cərrahiyyə əməliyatı keçirməsi ilə bağlı düşüncəni təlqin edirlər. (Musavat.com)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir