resize_62ef928dd87fd5370f2483cda5a19f50

Dünyanın ən gözəl nikah evləri

Baxış sayı: 582

Nikah evi-milyonlarla cütlüyün ailə səadətinə və rahatlığa qovuşduğu məkandır. Aşağıdakı məqalədə dünyanın onlarla ən qeyri-adi Səadət sarayları ilə tanış ola bilərsiniz.

 

“Nəhəng qazan”, Kazan, Rusiya

Ta qədim zamanlardan Tatarıstanın paytaxtının simvollarından biri “Ailə Mərkəzi” adlı arxitektura abidəsi hesab edilir. Belə bir rəvayət də var ki, şəhərin adı məhz bu qazan formalı binaya əsasən qoyulub. Orada şəhərin nikah idarəsi yerləşir.

 

Mənzərəli körpü, Moskva, Rusiya

2007-ci ildə tikilmiş bu körpü qeyri-adi arxitekturası ilə fərqlənir. Onun ən yüksək yerində asma kabin yerləşdirilib. Məhz həmin hissədə 2013-cü ildə Rusiya paytaxtının ən qeyri-adi nikah evi açılıb.

 

Kiçik və kənar nikah evi, Batumi, Gürcüstan

Gürcüstanın sahilyanı Batumi şəhərində çox kiçik bir nikah evi yerləşir. Bu miniatür pavilyon arxitekturasına görə dünyanın ən maraqlı binalarından biri sayılır. Ona hansı tərəfdən baxılmasından asılı olaraq, bina gah balıqqulağını, gah donuz başını xatırladır.

 

Əsl Saray, Tbilisi, Gürcüstan

Digər maraqlı bir nikah evi Gürcüstanın paytaxtı Tbilisidədir. Hələ Sovet dövründə tikilmiş bu bina dağların qoynunda və Kür çayının sahilində yerləşir və daha çox əlçatmaz qalanı xatırladır.

saray

Kristal Saray, Qlazqo, Şotlandiya

Ən məşhur kristal saray 1854-1936-cı illərdə Londonda mövcud olsa da, hazırda belə bir saray Şotlandiyanın Qlazqo şəhərində yerləşir və nikah evi kimi fəaliyyət göstərir.

 

Toy limuzini, Nyu-York, ABŞ

Nyu Yorkda xüsusilə bu məqsəd üçün bəzədilmiş limuzinlərdə və avtobuslarda nikah mərasimini təşkil etmək dəbdədir. Maraqlı yerləri gəzə-gəzə cütlüklər ən yaxın insanları ilə birlikdə qeyri-adi şəkildə nikaha imza atırlar.

 

Ağacda ev, ABŞ

Şəhərdən otuz km aralıda yerləşən meşədə qeyri-adi nikah yeri yaradılıb. Orada nikah sarayı deyil, kiçik bir ev yerləşsə də bu ev artıq cütlüklərin sevimli məkanına çevrilib. Asma körpü ilə birləşdirilmiş taxta ev təhükəli olsa da, çox romantikdir.

 

Toy akvariumu, Nyu Cersi, ABŞ

Nyu Cersidə nəhəng akvariumun içərisində yerləşən nikah evi fəaliyyət göstərir. Dəniz heyvanlarının ən gözəl və seçmə növləri buraxılmış akvarium gənclərin sevimli məkanıdır.

 

Elvis üslubunda nikah evi, Las-Veqas, ABŞ

Orada rok ulduz Elvis Presli üslubunda bəzədilmiş zalda nikah mərasimi təşkil edilir və daha sonra cütlüklər rok kralı Elvisin şəxsən istifadə etdiyi çəhrayı kabrioletlərdən biri ilə gəzintiyə çıxırlar.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir