Eqreb

Dünyanın ən zəhərli heyvan və həşəratları – MARAQLI

Baxış sayı: 2. 009

İlanlardan hörümçəklərə, qarışqalara kimi bir çox həşəratlar və heyvanlar zəhərlidir. Buna görə də əksər insanlar nəinki onlarla qarşılaşmaq, hətta adları gələndə belə qorxduqlarını dilə gətirirlər. “Gencaile.az” sizi dünyanın ən zəhərli heyvan və həşəratları ilə tanış edir.

 

Ay meduzası

İngilis dənizlərində olan ay meduzası, ovunu yaxalamaq üçün zəhərindən istifadə edir.

 

Tovuz quşu hörümçəyi

Bu hörümçəklər Maratus ailəsinə aiddir. Adını rəngli və göy qurşağına bənzər bəzəkli qarınlarına görə veriblər. Həmçinin bu cür erkək hörümçəklər dişilərilə etdikləri rəqslə də diqqət çəkir.

 

Sidney hörümçəyi

Bu hörümçəyin zəhəri, iflicin səbəb olduğu zədəni aradan qaldırmaq üçün araşdırılır.

 

Drakula böcəyi

Drakula böcəyi bir yarpaq böcəyidir. O, yalnız yarpaqla qidalanır.

 

Məxmər qarışqa

Bu heyvanlar, əslində, çöl arısı növündəndir, ancaq dişilər böyük, qıllı qarışqalara bənzədiyi üçün qarışqa adlandırılıb.

 

Qırmızı ayaqlı Meksika tarantulası

Bu böyük, tünd rəngli hörümçəklərin dərisi qırmızı və narıncı rəngdədir. Adətən sakitdirlər və dişlədikdə insan üçün ölümcül olmurlar.

 

Əqrəb

Sarı əqrəb kimi bəzi növlər insanlara ölümcül dərəcədə zərərlidir.

 

Sarı bantlı qurbağa (Dendrobates leucomelas) 

Bu qurbağalar özlərini qorumada istifadə etdikləri alkaloid toksinlərini yedikləri qidalardan alırlar. Nəticə olaraq əgər qurbağa zərərsiz bir pəhrizlə qidalansa, detoks ilə zəhərlərini itirəcəklər.

 

Misir kobrası

Zəhəri ilə iflic edən Misir kobrası zəhərini ovunu yaxalarkən və özünü qoruyarkən istifadə edir. Zəhəri əsasən nevrotoksinlər və sitotoksinlərdən ibarətdir və son dərəcə təhlükəlidir. Misir kobrası üç saat içində və ya daha qısa zamanda böyük bir məməlini öldürə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir