love

Dünyanın ən çətin sualına cavab tapdıq: insan niyə sevir?

Baxış sayı: 1. 396

Sevgi – eyni duyğu, eyni düşüncə və eyni fiziki özəlliklərə məxsus şəxslər arasında daha möhkəm yaşanır.

Sevdiyiniz şəxslə hər cəhətdən uyğunsunuzmu? Xasiyyətinizdə fərqli cəhətlər hansılardır? Nə vaxtsa sevginizin tükənməsindən qorxursunuz? Heç bu sualları düşünmüsünüz, ya “sevirəm, başqa heç nə əhəmiyyətli deyil” deyirsiniz.

Mütəxəssislərin fikrincə, saç və göz rəngi ilə yanaşı, psixoloji cəhətdən uyğunluq təşkil edən cütlüklər arasında da daha sıx  sevgi yaşanır.

 

Bənzərlikdən doğan eşq

Fiziki və duyğusal olaraq qiymətləndirmək, həmçinin, cazibədarlıq eşqin ən önəmli qanunlarındandır. Sevgi deyiləndə elə hey biri haqqında düşünmək, özünü yaxşı hiss etmək  və xoşbəxtlik kimi müsbət duyğuları özündə birləşdirən məfhum başa düşülür.

Ancaq sevgidə bənzərlik qavrayışı çox önəmlidir. Sevgililər arasındakı saç, göz rəngi, yaşın, fiziki və psixoloji özəlliklərin eyniliyi sevginin daha güclü yaşanmasına zəmin yaradır. İnsanlar özləri kimi cazibədar insanları sevərlər.

Yaxınlıqdan qorxan insanlar münasibətin sonlanmasından çox əziyyət çəkmirlər. Bu cür insanlar sevgi haqqında mənfi fikirlərə sahib olurlar. Güvənərək bağlananlar isə başqalarına yaxınlaşmaqdan, başqalarının da ona yaxınlaşmasından narahatlıq duymazlar. Tərk edilmə qorxusu yaşamazlar. Bu cür insanlar həm sevgi münasibətlərində, həm də bir valideyn kimi daha müsbət inanclara sahibdirlər. Müstəqil, güvənli və qərarlıdırlar.

Mükəmməli tapmaq və əldə saxlamaq çox çətindir.

Mütəxəssislərin fikrincə, mükəmməl sevgini tapmaq və əldə saxlamaq çox çətindir.

 

1. Dəlicəsinə sevgi

Bir insanın realda yox, xəyalən ideallaşdırdığı insana bəslədiyi güclü sevgi.

 

2. Boş sevgi

Bir insanın başqa birini sevdiyinə qərar verməsi, yaxınlıq və ehtiras hiss etmədən yenə də bu hissləri davam etdirməsi, uzun müddət davam edib, ehtiras və fiziki özəlliklərin dəyişdiyi an bitən sevgidir.

 

3. Romantik sevgi

Cütlüklərin bir-birinə qarşı fiziki və digər baxımdan cazibədar görünməsi zamanı yaranır. Bu sevgidə bağlılıq önəmli deyil və nə vaxtsa bitə bilər.

 

4. Qarşılıqlı sevgi

Ehtiras uzun müddət sonra möhkəm bağlılıqla nəticələnir.

 

5. Axmaq sevgi

Kinolardakı kimi insanların rastlaşıb, tez bir zamanda evlənməsi ilə nəticələnir. Bu sevgi stresin yaranmasına şərait yaradır. Bir müddət sonra ehtiras tükənəndə geriyə qalan ancaq bağlılıq olur.

 

6. Mükəmməl sevgi

Bir çox insanın arzuladığı sevgi. Bu sevgini tapmaq və yaşamq çox çətindir. Münasibətdə duyğu, ehtiras, bağlılıq və fiziki cazibə xüsusi üstünlük təşkil edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir