toy

Dünyanın ən kədərli toyu – VİDEO

Baxış sayı: 2. 491

“Gencaile.az”ın məlumatına görə, xərçəng xəstəsi Rouden Qo öz toyundan cəmi 10 saat sonra ölüb.
Xəstə gənc xəstəxanada rəfiqəsi Lizl ilə evlənib. Qız xəstəxanadakı toya gəlinliklə gəlsə də, bəy xəstə yatağında olub.

Toy və toya hazırlıq mərhələsi anbaan lentə alınaraq internetə yerləşdirilib. Qısa zaman ərzində ən kədərli toyun videosunu 5 milyona yaxın insan izləyib.

Toyda iştirak edən qohumlar göz yaşlarını saxlaya bilməyiblər.

Video çarxı internetə mərhum bəyin qardaşı qoyub. O bu videoya tək baxmaq istədiyini, ancaq göz yaşlarını saxlaya bilmədiyini deyib. “Bundan sonra videonu internetə yerləşdirmək qərarına gəldim”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir