saray

Dünyanın məşhur sarayları – FOTOLAR

Baxış sayı: 391

Turistlərin marağına səbəb olan saraylar ölkənin mədəniyyəti, tarixi haqqında fikir söyləməyə əsas verir.  Hazırda dünyada muzey kimi istifadə olunan, xarabalığa çevrilən və hələ də hakim zümrələrin yaşadığı bir çox saraylar var.

Beləliklə,  dünyanın məşhur saraylarını təqdim edirik:

Şəki şəhərində yerləşən, XVIII əsrdə inşa edilən  Xan sarayı dünya əhəmiyyətli tarixi-memarlıq abidəsidir. Otuz metr uzunluğu olan ikimərtəbəli bina 300 kvadratmetr sahəni əhatə edir. Hər zaaman turistlər tərəfindən böyük maraqla izlənilən saray altı otaq, dörd dəhliz və iki güzgülü eyvandan ibarətdir.

 

Osmanlı tarixinin ən önəmli memarlıq abidələrindən biri Topqapı sarayıdı. Saray 400 ilə yaxın dövlətin inzibati mərkəzi kimi fəaliyyət göstərib. Sarayın inşası 18 il davam edib və 1478-ci ildə tamamlanıb. Mustafa Kamal Atatürkün əmri ilə 1924-cü il aprelin 3-dən etibarən muzey olaraq fəaliyyətə başlayan bu tarixi məkan “Cümhuriyyətin ilk muzeyi” adını qazanıb. Topqapı Sarayı, eyni zamanda, dünyanın ən böyük saray-muzey kompleksidir.

London şəhərində yerləşən Bukingem sarayı 1703-cü ildən Bukingem-haus olaraq tanınaraq Bukingem hersoqu üçün tikilib. Saray 1762-ci ildə Böyük Britaniya kralı III Georq tərəfindən kralın gələcəkdəki şəxsi iqamətgahı olması üçün satın alınıb. Sarayın bal zalı kraliça Viktoriyanın göstərişi ilə tikilib. Hal-hazırda sarayda 775 otaq mövcuddur. Onlardan 19-u dövlət əhəmiyyətli, 52-si krallıq və qonaq otaqları, 188-i çalışanlar, 92-i ofis, 72-i isə vanna otaqlarıdır. Saray yay aylarında turistlərə açıq olur.

Fransanın paytaxtı Paris şəhərində yerləşən Versal sarayı dünyanın ən böyük tarixi muzeylərindən biridir. Sarayın ilk binasının tikintisinə 1661-ci ildə başlanıb və daha sonra müxtəlif illərdə genişləndirilib. Tikinti işləri təxminən 50 il çəkib. Versalın salınması üçün Lüdovik 800 hektar bataqlığı qurudub. 101 hektarlıq bağın salınması məqsədilə bir meşənin ağacı bura köçürülüb. 30 min işçinin tikdiyi sarayın o zaman 10.500 ton gümüşün dəyərindəki 25 milyon lirəyə, indiki ekvivalentlə 259,56 milyard avroya başa gəldiyi deyilir. Hazırda saray muzey kimi fəaliyyət göstərir.

Qış sarayı  Rusiyanın Sankt-Peterburq şəhərində yerləşir. 1732-1917-ci illərdə Rusiya monarxlarının rəsmi iqamətgahı olub. Saray Rusiya İmperiyasının gücünü və qüdrətini nümayiş etdirən monumental memarlıq abidəsi kimi inşa edilmişdi. Yaşıl və ağ rəng çalarlarının sintezi şəklində işlənmiş və uzunsov düzbucaqlı formasında olan sarayın əsas fasadı 250 m uzunluğunda və 30 m hündürlüyündədir. Qış sarayının 1.786 qapısı, 1.945 pəncərəsi, 1.500 otağı və 117 pilləkanı var. 1837-ci il yenilənməsi sarayın eksteryerini dəyişməsə də, otaqların interyeri müxtəlif zövqlərə uyğun olaraq  yenidən işlənib. Tədqiqatçılar bu otaqların interyerini “XIX əsr Rokoko üslubuna uyğun” olduğunu bildirirlər.

Hazırda saray  Dövlət Ermitajı muzey kompleksinin əsas binalarından biri kimi fəaliyyət göstərir.

Yaponiyada yerləşən  İmperator Sarayında imperator ailəsi, yaxın qohumları yaşayır. İmperator evi artıq 2500 ildir ki fəaliyyət göstərir və əsası e.ə. 660-cı ildə əfsanəvi imperator Dzimmu tərəfindən qoyulub.

Sarayın idarəçilik və təsərrüfat məsələləri ilə bağlı qərarlar imperator evi şurasında və xüsusi orqan olan Nazirlər kabinetində qəbul edilir. Mövcud konstitusiyaya əsasən, imperator evinin mülkiyyəti dövlətə məxsusdur, buna görə də evin üzvlərinin mülkiyyətin ötürülməsi və əldə edilməsi məsələlərində hüquqları məhduddur. Yaponiya imperator evinin büdcəsi Yaponiya Parlamenti tərəfindən təsdiqlənir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir