eynek

Düzgün yay eynəklərini necə seçmək lazımdır?

Baxış sayı: 185

Günəşli günlərdə özümüzü istidən, günvurmadan və şüalanmadan, eləcə də gözlərimizi Ultrabənövşəyi (UV) şüalardan qorumalıyıq. Fəsildən asılı olmayaraq günəşdən qoruyan eynək istifadəsi hamıya məsləhətdir. Bu akssesuardan müəyyən səbəblərdən yararlana bilməyənlər isə dimdikli papaq, panama, çətir kimi müxtəlif vasitələrdən istifadə etməlidir. Üz formasına uyğun düzgun seçilmiş eynək gözləri və gözün əlavə aparatını (qaş, göz qapaqları, gözətrafı toxuma) çərçivəsiylə haşiyəyə almaqla qorumalıdır.

Eynək şüşələrinin-linzalarının seçimində isə onların hazırlandığı materiallara, rəng və ən əsası UV şualardan qoruyuculuq göstəricilərinə əhəmiyyət vermək lazımdır. Linza təbii (şüşə) və süni materiallardan hazırlanmış ola bilər (bu tip şüşələrdə UV qoruyuculuq spektrı maksimum350-400 olur).

Şüşələr fotoxrom, polyarizə olunmuş, antiblik örtüklü ola bilər. “General” tipli qoruyucu şüşələr şüaların yarısından qoruyur, dağ şəraiti üçün idealdır”, “cosmetic”- demək olar ki, 20% qoruyur”, “high UV- protection” ən etibarlı qoruyuculuq təmin edir.

İşıq keçiricilik xüsusiyyətinə görə də şüşələr kateqoriyalara bölünür: Axşamüstü, yağışlı hava üçün əlverişli eynək, günəşli günləri intensiv keçən ərazilər üçün eynəklər, dağ-xizək istifadəçiləri, ekstrimallar və idmançılar üçün uyğun olan eynəklər. Bunu da bilməlisiniz ki, eynək şüşələrinin rəng-boya intensivliyi onun qoruyuculuq göstəricisi deyil. Polyariza olunmuş linzalar kəskin dəyişən işıqlandırma və işıq kütləsinin yaratdığı qamaşmanın qarşısını alır. Xususilə dağlıq, buz-qar olan yerlərdə dincələnlərçün, sürücülərçün asfaltdan, işıq faralarından əks olunan işıq kütləsinin neqativ təsirinin qarşısının alınması məqsədilə aktualdır. Fotoxrom eynəklər UV şua və işıq kütləsinin qarşını alır, lakin bu örtüklərin hazırlandığı material qışda və soyuqda istifadəsi üçün məqsədəuyğundur. Yüksək keyfiyyətli eynəklər UV şüalanmadan, işıq kütləsinin yan təsirlərindən, qamaşmadan qorumalıdır. Yüksək intensivliklə təbii yaxud süni işıq diskomfort və gözlərdə ağrı yarada bilər. Daimi UV şüalanma isə görmədə müxtəlif problemlər, katarakta, göz dibi-görmə mərkəzi xəstəlikləri, qlaukoma yarada bilər. Buna görə günəşli havada fəsildən asılı olmayaraq eynək istifadəsi labüddür. Eynəklərin qorunması isə çox sadə: xüsusi yuyucu vasitələrlə yumaq, mikrofibro salfetlərlə silmək və şüşəsi aşağı qoymamaq. Gözlərinizə yaxşı baxın.

Oftalmoloq, Tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir