elza konsert seyidcahanad

Elzadan ŞOK açıqlama: “İcra başçıları təklif edir ki…”

Baxış sayı: 1. 636

“Gencaile.az” “azvision.az”-a istinadən xəbərinə görə, bu barədə müğənni özü məlumat verib. O qeyd edib ki, əgər dövlətimiz məsləhət görərsə, millət vəkilliyinə öz namizədliyini verəcək:

“Hər kəs öz sənətinin millət vəkilidir. Biz də neçə illərdir ki, hörmətli millət vəkillərimizlə birlikdə dövlət tədbirlərində iştirak edirik. Əgər biz həmin tədbirlərdə özümüzü doğrultmasaydıq, millət vəkilləri bizi həmin yerlərə aparmazdılar. Mən xarici ölkələrdəki konsertlərimdən sonra səfirliklər tərəfindən deputatlığa namizədliyimi verməyimlə bağlı bir çox təkliflər alıram. Səfirliklərdən bildirirlər ki, mən millət vəkili və diplomat xanımam. Tək başına apardığım konsertlərimdə də Azərbaycanın, Qarabağın tarixindən bəhs edən kitabları Avropada yaymışam. Hər zaman konsertlərə gedəndə özümlə bərabər çoxlu kitablar aparıram. Həmin kitablarda isə Azərbaycanın musiqisi, incəsənətindən bəhs olunur. Bədxah qonşularımızın bizim başımıza gətirdikləri faciələrdən bəhs edən kitablarını da xarici ölkə vətəndaşlarına paylamışam”.

Müğənni bildirib ki, bəzi icra başçıları ona millət vəkili olmağı təklif edirlər.

“Rayon icra başçıları isə deyirlər ki, həmin bölgədən millət vəkili olsam, mənimlə fəxr edəcəklər. Mən insanlarla dil tapmağı çox gözəl bacarıram. Arif Məlikov da uzun illər millət vəkili olub. Dəyərli sənətkarımız Zeynəb Xanlarova da millət vəkilidir. Əgər dövlətimiz məsləhət görərsə, mən də millət vəkilliyinə öz namizədliyimi verəcəyəm. Niyə də olmasın ki? Mən bunu özümə şan-şöhrət deyil, borc bilərəm. Bakının kəndlərinə baxdıqca fəxr edirəm. Kəndlərimiz avropalaşıb”.

Əməkdar artist qeyd edib ki, seçkilər zamanı onun seçilmə ehtimalı daha çoxdur. Çünki, bölgələrdə hər kəs onu sevir:

“Deputat seçilmə ehtimalım daha yüksəkdir. Neçə illərdir ki, mən Azərbaycanın rayonlarını qarış-qarış gəzib, istedad sorağına çıxmışam. Bölgələrdə yaşayan xalqımızın mənə qarşı olan istək və rəğbətini görmüşəm. Özümü xalqımızın və dövlətimizin yolunda xidmət etməyə nizamlamışam. Xaricdən isə mənə təkliflər gəlir ki, gedib orada yaşayım. Mən xalqımızı, vətənimizi və dövlət başçımızı sevdiyim üçün başqa ölkədə yaşamağı da özümə rəva bilmirəm”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir