sabun

Ən ucuz və faydalı vasitə – GÖZƏLLƏŞİN

Baxış sayı: 1. 712

Baxımlı olmağı sevən hər bir qadının evində 72%-lik sabun mütləq olmalıdır. Ancaq bu sabun sadəcə yuma prosesi üçün istifadə edilmir. Əgər evinizdə bu sabundan yoxdursa, dərhal alın. Qiyməti də ucuz olan bu sabunla çox şeyə nail ola bilərsiz. Aile.lent.az 72%-lik sabunun fərqli istifadə qaydalarını təqdim edir.

Saçlarınızın uzanmasını, kəpəkdən canınızın qurtulmasını istəyirsizsə, bu sabundan başqa heç nə sizə yaxşı kömək etməyəcək. İlk əvvəl saçlarınızı şampunla yuyun. Sonra bu sabunla saçlarınızı yuyub bir neçə damcı sirkə qatılmış su ilə yaxalayın. Daha çox yağlı tip saçlar üçün uyğundur.

Epilyasiyadan sonra həssas dərinin qıcıqlanmaması üçün lazım olan bölgəni bu sabun köpüyü ilə yuyun.

Həftədə iki dəfə üzünüzü bu sabunla yuyun. Dəriniz cavanlaşacaq. Ancaq sonra uşaq kremi çəkməyi unutmayın. Effekti inanılmazdır.

72%-lik sabun köpüyu və ağcaqayın budaqları qarışdırılmış buxar vannasında çimmək dərini çox yaxşı təmizləyir.

72%-lik sabun rinit, soyuqdəymədən qoruyur. İlk etaplarında bu sabunu suda həll edin, pambığı batırıb burnunuzun uclarını silin.

Göbələk xəstələyinin sağalmasına yardım edir. Sabuna batırılmış fırça ilə həmin bölgəni yuyun, sonra yodlayın.

Gecə yatarkən diş fırçasını sabunlu suda saxlayın. Bu üsulla dezinfeksiya etmiş olarsız.

Şişkin və qançırlar üçün sabunu suda həll edib həmin bölgəni silin. Gündə bir neçə dəfə edin.

Çibandan xilas olmaq üçün 1 ədəd sürtgəcdən keçirilmiş soğan, sabun və şəkər tozunu qarışdırın. Bu qarışımı çibanın üzərinə qoyub sarıyın.

Çatlamış dabanlar üçün 2 litr isti su, 1 çay qaşığı soda və 1 stəkan sürtgəcdən keçirilmiş sabunu qarışdırıb istifadə edə bilərsiz.

Günəş yanması zamanı göynəmə və qabığa qarşı 72%-lik sabun müsbət təsir edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir