Kumpir

Ev üsulu kumpir necə hazırlanır? – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 191

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə ev üsulu kumpir hazırlamağın qaydasından bəhs edəcəyik.

 

İnqrediyentlər

4 ədəd böyük kartof

2 x.q. yağ

1 st keçirilmiş holland pendiri

2 ədəd orta ölçülü kök

1 st. konservləşdirilmiş qarğıdalı

½ st. doğranmış qara zeytun

½ st. . doğranmış yaşıl zeytun

8 ədəd balaca xiyar turşusu

4 x.q. amerikan salatı

2 x.q. mayonez

2 x.q. ketçap

 

Hazırlanma mərhələsi

Kartoflar yuyulur, qurulanır. Bıçaqla bir neçə yerindən deşiklər açılır. Kumpirlik kartoflar alüminium folyo ilə tam bükülür. Əvvəlcədən 200 dərəcədə isidilmiş sobada 90 dəqiqə bişirilir. Sobadan çıxan və qabıqları sərtləşən kartofların orta hissələri iti bıçaqla çərtilir. Supersun yağı və holland pendiri ilə kartofların orta hissəsi əzilir. Sonra servis boşqablarına yığılır. Qabıqları soyulmuş köklər sürtgəcdən keçirilir. Xiyar turşuları xırda-xırda doğranılır. Qaynadılmış qarnitür (yaşıl noxud, kök, kartof) qarışımının suyu süzülür, mayonezlə qarışdırılaraq Amerikan salatı hazırlanır. Kumpirlərə sıra ilə Amerikan salatı, sürtgəcdən keçirilmiş kök, doğranmış xiyar turşusu, konservləşdirilmiş qarğıdalı, yaşıl və qara zeytun, ketçap əlavə olunduqdan sonra servis edilir.

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir