evde ders

“Evdə qal, bu, bir tətil deyil!” – Məktəblilərindən fərqli #evdəqal təşəbbüsləri

Baxış sayı: 230

Paytaxt məktəbliləri koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar #evdəqal aksiyasında fəallıq göstərir, fərqli təşəbbüslərlə çıxış edirlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, ümumi təhsil müəssisələrinin şagirdləri evdə çəkib sosial şəbəkələr vasitəsilə ictimailəşdirdikləri videoçarx və fotogörüntülərdə “Evdə qal, bu, bir tətil deyil!”, “Evdə qal, kitab oxu!”, “Evdə qal, təhsildən qalma!”, “Evdə qal, virusa son qoy!”, “Evdə qal, nümunə ol!” və digər bu kimi fikirləri ifadə edirlər.

Həmçinin videogörüntülərdə məktəblilər evdə qalıb öz vaxtından daha səmərəli istifadə etməyin yolları barədə də məlumat verir, fərqli təşəbbüslərlə çıxış edirlər. Bununla şagirdlər hər kəsi #evdəqal çağırışına əməl etməklə, koronavirusa yoluxma riskini azaltmağa çağırırlar. Şagirdlər doğma məktəb və sevimli müəllimləri üçün darıxdıqlarını, tezliklə ənənəvi təhsilə qayıdacaqları günü səbirsizliklə gözlədiklərini də nəzərə çatdırırlar.

Qeyd edək ki, məktəblilərin aksiyasının əsas məqsədi əhalinin diqqətini Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə tətbiq edilən sosial izolyasiya qaydalarına yönəltmək, insanları zəruriyyət olmadığı halda evdən çıxmamağa səsləməkdən ibarətdir.

Onu da qeyd edək ki, şagirdlər Təhsil Nazirliyinin təşkilatçılığı ilə başlanan #evdəqal #dərsdənqalma sosial çağırışlarına da dəstək verir, teledərslərdə və müəllimlərin təşkil etdiyi onlayn dərslərdə fəal iştirak edirlər.

online ders

5

online ders 2

1

2

3

6

4




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir