siqaret

Evdə külqabı və siqaret saxlamayın

Baxış sayı: 788

Qapalı məkanlarda, ofislərdə, evlərdə siqaret çəkilməsi halları yetərincədir. Mütəxəssilər bunun fəsadları barədə hər zaman xəbərdarlıq edirlər. Tütün tüstüsü təkcə ondan istifadə edənlər üçün deyil, ətrafdakılar üçün də təhlükə mənbəyidir.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) bununla bağlı vətəndaşlara müraciət edib, tövsiyələrini açıqlayıb.

Maraqlı olacağını nəzərə alıb, həmin tövsiyələri təqdim edirik:

Ailə üzvlərinizi siqaret tüstüsündən qoruyun.

Siqaret çəkirsinizsə, onu tamamilə tərgidin.

Evdə siqaret çəkilməsinə yol verməyin.

Qapı və pəncərələr açıq halda olsa belə, bu, ətrafdakıları ikincili tütün tüstüsündən qorumur.

Siqaret tüstüsündən ayrılan tokiski maddələr divan, pərdə, xalçaların səthinə, paltar və saçlara hopur. Azyaşlı uşaqlar oynadıqları, iməklədikləri zaman və ya siqaret çəkən insan tərəfindən qucağa alındıqda bu toksiki zərrəciklər onların orqanizminə daxil olur.

Evdə və ya dostlarınızın evində olduğunuz zaman sağlamlıq problemlərinizi səbəb gətirməklə yaxınlarınızdan bu vərdişdən çəkinməyi, qapalı mühitdə siqaret çəkməməyi mədəni şəklidə tələb və ya xahiş edin. Bu zaman sizdəmn incimə ehtimalı daha az olar.

Evinizdə külqabı və siqaret saxlamayın.

Tütün tüstüsünün 25 faizi siqaret çəkənin ağciyərlərinə daxil olur, 75 faizi isə atmosferi zəhərləyir.

Bu zəhərli hava ilə nəfəsə alan insan passiv və ya ikincili tütün çəkən hesab olunur. İkincili tütünçəkmə hər kəsə, xüsusilə uşaqlara mənfi təsir edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir