bitki

Evin havasını təmizləyən ən təsirli 8 dibçək bitkisi

Baxış sayı: 1. 456

Qapalı məkanlarda hava bəzən zərərli kimyəvi maddələrlə çirklənmiş olur. Araşdırmalara əsasən, insanlar vaxtının 90%-ni havası pis olan qapalı məkanlarda keçirir. Bu da sağlamlığa böyük ziyan vurur.

Qapalı məkanlardakı çirkli hava öskürək, sinədə sıxılma hissi, tez-tez baş ağrıması, boğaz ağrısı, gözlərdə sulanma və ya qaşıntı, nəfəs çatışmazlığı və astma tutmalarına səbəb ola bilər. Ancaq təbiət qapalı məkanları təmizləmək üçün sadə və təsirli həll yolları təqdim edir. Bir çox bitki təbii üsulla havadan çirkləndiriciləri təmizləməyə kömək edir. 1982-ci ildə NASA-da aparılan araşdırmaların nəticələrinə əsasən hər 100 kvadratmetrlik sahəyə havanı təmizləmə xüsusiyyəti olan ən az bir dibçək gülü yerləşdirmək lazımdır. Bəs bu bitkilər hansılardır?

Fikus

Bəzək bitkisi olan Fikus toksinləri toplayıcı və havanı təmizləyici xüsusiyyətə malikdir. Xüsusilə formaldehid filtrasiyasında təsirlidir. Həmçinin dəm qazını da aradan qaldırır. Hedera heliks sarmaşığı

Hedera heliks sarmaşığı

Hedera heliks sarmaşığı havanı təmizləyən ən yaxşı bitkilərdən biridir. Onun gur quruluşu havadakı çirkləndiriciləri və kimyəvi maddələri özünə çəkir. Bu bitki havanı filtrləyərək dəm qazı, formaldehid, trikloroetilen, ksilen və toluen kimi zərərli maddələrin aradan qaldırılmasına kömək edir. Hətta havadakı siqaret tüstüsünü də təmizləyir.

Spatifilyum

Spatifilyum qapalı məkanlarda havanı təmizləyən bitkilərdən biridir. Bu tropik bitki ammonyak, dəm qazı, ksilen, formaldehid kimi qazları neytrallaşdırır. Həmçinin bəzi təmizləyicilər tərəfindən havaya buraxılan asetonu sorur.

Drasena

Şans bambuku adlanan Drasena da havanı təmizləyən bitkilərdən biridir. Böyük bir dibçəkdə əkilən bambuk bitkisi bir neçə kiçik dibçək gülünün işini tək başına görə bilər.

Nefrolepis

Bu bitki ən verimli hava təmizləyicilərindən biri hesab edilir. Nefrolepis yapışqanların, preslənmiş mebel məhsullarının olduğu yerlərdəki formaldehid maddəsinin təmizlənməsində olduqca təsirlidir. Həmçinin havadakı ksileni və tolueni də təmizləyir. Hətta torpaqdakı civə və arsenik kimi zəhərli maddələri də aradan qaldırır.

Sansevieria

Sansevieria bitkisini həm evinizin, həm də ofisinizin havasını təmizləməkdə istifadə edə bilərsiniz. Bu bitki formaldehid, azot oksid və benzeni təmizləyir. Bundan əlavə havadakı dəm qazı səviyyəsini də azaldır. Yataq otağınıza da qoya bilərsiniz.

Areka palması

Bu palma növü havada olan zərərverici qazları təmizləyən dibçək bitkilərindən biridir. Mebellərin yaxınlığına yerləşdirilərsə, həmçinin formaldehiddən də xilas olmağa kömək edir. Yavaş böyüyən bitkidir. Evin künc hissəsinə yerləşdirə bilərsiniz.

Xlorofitum

Xlorofitum bitkisi havanın çirkliliyini azaldan çoxillik bitkidir. Folmaldehid, ksilen və tolueni azaltmaqda effektivdir. Bütün şəraitlərdə asanlıqla böyüyən bitkilərdən biridir. Bu bitki həmçinin olduğu hər məkanı gözəl göstərən bir xüsusiyyətə malikdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir