ev

Evindən razı olmayanlar üçün – Praktik dekorasiya təklifləri

Baxış sayı: 320

Çox zaman evin böyüklüyü və ya kiçikliyi, əşyaların yeri bizi qane etmir. Əlbəttə ki, yeni evə köçmək asan başa gələn məsələ deyil. Bu zaman yeganə çıxış yolu ya evi təmir etdirmək, ya da yenidən dizayn etdirməkdir. Evinizi yeniləmək sizin rahatlığınızı təmin edəcək, eyni zamanda əhval-ruhiyyənizi də dəyişək. “Gencaile..az” “Ailem.az”-a istinadən sizə bir neçə dekorasiya nümunəsi təklif edir. Aşağıdakı nümunələrdən bəhrələnərək tez bir zamanda yeni evə sahib ola bilərsiniz.

 

– Oxşar rəngdə yastıqlar, divanı adi göstərir. Fərqli rəngli yastıqlar istifadə edin, bu, divana daha çox diqqət cəlb edər.

– Yüksək yataq, yataq otağını daha böyük göstərir.

– Otağı daha böyük göstərmənin bir başqa yolu da açıq rəngli divar kağızlarıdır.

– Hamam otağında ucuz plastik kilim istifadə etməyin. Gerçək kilimlər həm daha tərzlidir, həm də hamamdakı nəmi çəkər.

– Dizaynerlər  dəhlizləri mənzərəli foto və aksessuarlarla bəzəməyi tövsiyə edirlər.

– Yatağın hər iki tərəfindəki lampalarla təmin edilən yumşaq işıqlandırma, otağın daha isti görünməsini təmin edər.

– Çox parlaq rəngli xalçalar, yataq otağının kiçik görünməsinə səbəb olur. Sakit, yumşaq rənglər istifadə edin.

– Divanda səliqə ilə qatlanmış ədyal artıq dəbdən düşüb. Ədyalı dağınız formada olması qonaq otağının daha qəşəng görünməsini təmin edir.

– Qapının qarşısına əsla ayna yerləşdirməyin.

– Otaq boş görünürsə, küncə böyük bir saxsı qabda olan bitki yerləşdirin.

– Sürmə qapılar evinizdə böyük fərq yaradar, həm qəşəng görünər, həm də funksional.

– Qarderobunuza yumşaq daxili işıqlandırma quraşdırın, beləliklə axtardığınız əşyalarınızı asanlıqla tapa biləcəksiniz.

– Hər zaman evinizdə açıq rəngli mebellərin olmasını istəyirsiniz, lakin ləkə qorxusundan cəsarət etmirsiniz, bu halda sırıqlı dəri parçaları seçim edin. Ən güclü materialdır, heç vaxt dəbdən düşmür.

– Aynalar otağı kifayət qədər geniş və işıqlı göstərir.

– Evinizdəki bütün rəfləri əşyalarla doldurmayın. Bəzilərini yarı dolu saxlayın. Bu üsul evinizin həm daha yığcam, həm də daha zərif və incə görünməsini təmin edər.

– Əşyalarınızı qutularda gizləməkdənsə, gözəl səbətlərə depolayın.

– Birləşdirilmiş qonaq otağı və yemək otağı, kiçik evlər üçün böyük üstünlükdür. Beləliklə, dostlarınız və ailənizin ünsiyyətdə girə biləcəyi bir sahədə yarada bilərsiniz.

– Mətbəx divarlarınıza bir neçə tava və başqa mətbəx əşyaları asaraq həm daha tərz bir görünüş əldə edərsiniz, həm də yerə qənaət edərsiniz.

– Bir otağa bir xalı sərin. Beləliklə, eviniz həm qəşəng, həm də praktik olar.

– Evdəki sahəni daha geniş göstərməyin başqa bir yolu da otağının ortasında “dairə çəkmək”dir. Yəni yumru bir xalı, yumru masa və ya hər ikisi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir