YAZ

Evinizdə bahar enerjisini artırmağın yolları

Baxış sayı: 1. 383

Qış mövsümü soyuq və tutqun havası ilə insanın depseyaya düşməsinə, əhval-ruhiyyəsinin pisləşməsinə səbəb olur. Bəzi insanlara bu cür hava mənfi təsir edərək həyat eçqinin tükənməsinə də səbəb olur. Ona görə də, evdə bir sıra toxunuşlar edərək yaz fəslinDə daha gümrah və enerjili başlamaq olar.

Qış mövsümünün qara havasını ortadan qaldırmaq və evinizə baharın enerjisini, canlılığını gətirmək istəyənlər üçün fərqli fikirləri Medicina.az bir araya gətirib.

Evinizdə bahar enerjisini artırmağın yolları:

1) Yaz mövsümünün müjdəcisi meydana gələn bahar ayları əvvəllərində yenilik etməlisiniz. Eviniz üçün ilk təmizlikdən başlamalısınız. Bundan başqa mütləq evinizi dağınıqlıqdan azad etməlisiniz. Buna görə də, istifədə olunmayan əşyalarınızı atmalısınız.

2) Dibçəklərə yer açmalısınız. Yaşıl bitkilər və çiçəklər evinizin dekorunda gözəl görünəcəkdir. tirli bitkiləri mətbəxinizə və qonaq otağınıza uyğun bir yerə yerləşdirməlisiniz. Bununla əhvalınız daha gözəl olacaqdır.

3) Əşyalarınızın yerini dəyişdirin. Evinizdə kiçik dəyişikliklər sizin yaşam enerjinizi artıracaqdır.

4) Qalın xalçalara əlvida deyin, daha nazik kilimlərdən istifadə edin. Dekorunuzu tamamlayan xalılar, otaqların görüntüsündə böyük bir fərq yaradacaqdır. Buna görə də, qış mövsümündə istifadə olunan xalçaların yerinə, daha nazik kilimlərdən istifadə edin (medicina). Çalışın bahar rəngi olan, sarı, qırmızı tonlarda kilimlər olsun.

5) Evinizdə bahara uyğun musiqi seçin. Bu sizin əhvalınızı yaxşılaşdıracaq.

6) Icazə verin, evinizə günəş şüası düşsün. Çalışın evi hər gün havalandırasınız. Pəncərələri açın və günəşin şüalarının verdiyi enerjini evinizdə hiss edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir