toy, xərc, oğlan evi, qız evi,mebellər

Evlənməyə hazırlaşanlar üçün KALKULYATOR

Baxış sayı: 2. 048

Lütfən, evimizə gələn toy dəvətnamələrinin bizi əvvəlki kimi sevindirdiyini deyib qeyri-səmimi olmayaq. Çoxumuz orucluq və məhərrəmlik aylarını həm də ona görə gözləyirik ki, toy xərclərinə fasilə verib, rahat nəfəs alaq… Necə deyərlər, toylar adama əsl “toy tutur”. Onu təşkil etmək isə getdikcə daha ağrılı prosesə çevrilir. Çoxları yəqin ki, bu hadisənin insan həyatında bir dəfə olmasına şükür də edir.

Dostlar, yəqin ki, içinizdə evlənməyə hazırlaşanlar və hətta toy hazırlıqlarına başlamaqda olanlar var. Yaxşı olar ki, indidən xərclərinizi hesablaya, nə qədər pula ehtiyacınız olduğunu müəyyən edəsiniz. Bunun üçün sizə kömək etməyə çalışacağıq. Hesablamağa çalışacağıq ki, orta səviyyəli bir toy üçün nə qədər xərcə düşməlisiniz. Beləliklə, başladıq:

Gəlinə toydan öncə alınan kosmetika: 250-300 manat

Gəlinə toydan öncə alınan geyimlər: 300-400 manat

Gəlinlik: 200-250 manat

Gəlinin bəzədilməsi: 150-300 manat

Gəlin maşını: 100-300 manat

Gəlinin gül buketi: 30-60 manat

Şadlıq evinin icarəsi: 1500-2000 manat

Yemək-içmək xərcləri: təqribən 7000-8000 manat (300-400 nəfərlik)

Fotoalbom  – 50-150 manat
Nikah məmurunun toya gətirilməsi – 100 manat 

Zər fişəngi – 50-100 manat

Tüstü  – 50 manat
Sabun köpüyü – 100 manat
Fişəng – 100-200 manat

Tamadalar – 100-200 manat
Müğənnilər  – 500-3000 manat

Bu, hələ yalnız oğlan evinin xərcləridir. Özü də hamısı yox, əsas xərcləri. Əlavə olaraq məsələn, şirinlik istəyənlər N qədər qarşınıza çıxacaq, videoçəkənin, musiqiçilərin “Bir şirinlik ver, görək” sözünə indidən hazır olun.

Qız evinin xərcləri də borc-xərc etməyə məcbur edir. “Dost var, düşmən var” deyib qız evi köçürdüyü qıza yaxşı cehiz verməyə çalışır – yeni evi doldurmaq missiyası qızın ailəsinin çiynində olur. İndi isə gəlin qız evi üçün kalkulyatoru işə salaq:TOY XƏRC

Mebellər:

Yumşaq mebel dəsti-1000-2000 manat

Stol-stul dəsti-1000-1500 manat

Qonaq otağı dəsti- 2500-3000 manat

Televizor – 300-500 manat

Yataq dəsti – 2000-2500 manat

Xalça – 500-800 manat

Pərdə- 300-500 manat

Mətbəx mebeli – 1500-2000 manat

Soyuducu – 600-1000 manat

Qaz sobası – 200-500 manat

Mətbəx kombaynı – 600-1000 manat

Yemək dəsti- 500-1000 manat

Qab-qacaq (bura mətbəxdə istifadə oluna biləcək hər cür dəstlər daxildir) – 800-1000 manat

Digər xırda ləvəzimatlar- 500-600 manat

Sonda isə əziz gənclər, bu rəqəmlər sizi qorxutmasın. Əslində, bütün bunlar sadəcə simvolik və gündəlik həyatımızı yüngülləşdirən vasitələrdir. Unutmayaq ki, bunlarsız keçinən neçə-neçə dayanıqlı, xoşbəxt və hüzurlu ailələrimiz var. Yetər ki, qəlbinizdə sevgi, qarşınızdakına hörmət və  sayğı olsun.

Hazırladı: Vüsal

Gencaile.az

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir