evlilik

Evlilik təklifinin üç rəddedilməz üsulu

Baxış sayı: 192

Münasibətlərinin növbəti mərhələyə çatıb və sevdiyiniz xanıma evlilik təklifi etməyin vaxtı gəlib-çatdı? Bunu mümkün qədər təsirli etmək lazımdır – axı gələcək həyat yoldaşınızın bu günü xatırlayaraq Sizin davranışınızı qiymətləndirməsinin dərəcəsi məhz evlilik təklifinin təsirliliyindən asılıdır. Odur ki, evlənmə təklifi maksimum dərəcədə fantaziya və romantika ilə müşayiət olunmalıdır.

Sevdiyiniz qıza Sizinlə evlənməsi təklifini etməyin müxtəlif gözəl üsulları var.

Birinci üsul. Standart
Standart, lakin eyni zamanda gözəl və xoşagələn evlilik təkliflərini bir çox filmlərdə görmək olar. Evlənmə təklifini edəcəyiniz yer – elit restoran. Qutuda üzük, əlinizdə holland qızılgülü və ya səhləb çiçəyi, bədəniniza oturmuş kostyum – Sizi müşayiət edən arsenal olmalıdır. Təsir üsulu – gözəl təsir bağışlayan nitq və öpüş. Çətin ki bir xanım bu cür təklifə qarşı dayana bilər. Xanımı tamamilə heyrətləndirmək istəyirsinizsə, Sizin üçün romantik bir melodiya ifa edəcək skripkaçı dəvət edə bilərsiniz.

İkinci üsul. Orijinal.
Gözlənilməz və gözəl bir şəraitdə edilən evlənmə təklifləri orijinal hesab olunur. Məsələn, sevdiyiniz xanım üçün fleşmob təşkil etmək olar. Fleşmobun hər bir iştirakçısı xanıma yaxınlaşıb, bir gül hədiyyə etsin. Sonda isə Siz peyda olursunuz, əlinizdə üzük xanımın qarşısında dizi üstə çöküb, ona evlənmə təklifi edirsiniz. İncə, gözəl və təsirli evlənmə təklifidir – Sizin bu hərəkətinizi hələ zeyli vaxt ərzində başqalarına nümunə göstərəcəklər.

Üçüncü üsul. İctimai.

İctimai evlilik təklifini mini-səhnə və mikrofonun olduğu istənilən yerdə etmək olar. Bunun üçün, orada olan insanların diqətini rica edirsiniz. Sonra xanımın ləyaqəti və bütün yaxşı cəhətlərini sadalayaraq münasibətlərinizin tarixcəsi barədə qısaca olaraq danışırsınız. Daha sonra isə sevdiyinizi etiraf edərək evlilik təklifinizi edirsiniz. Nitqiniz ətrafdakıların alqışları ilə müşayiət olunan asta bir rəqslə yekunlaşır.

Və sonda, evlilik təklifi – Sizin birgə həyatınızın başlayacağı an ola bilər. Gözəl və yadda qalan evlənmə təklifini etməklə Siz gələcək ailə həyatınızda da böyük nüfuz qazanacaqsınız. Odur ki, bu an üçün heç nə əsirgəməyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir