aile

“Evliliyi sevgi zənn edib, ehtirasla və böyüklərin göstərişi ilə evlənənlərin sonu ayrılıqdır”

Baxış sayı: 44

Ekspertlər yeni ailə qurmağa hazırlaşan cütlüklər haqqında müxtəlif fikirlər irəli sürürlər.

Onların fikirlərinə görə ailə quracaq şəxslər kursa getməli və ya buna hazır olmaq üçün psixoloji hazırlıq keçməlidirlər.

Psixoloq Vəfa Əkbər bildirdi ki, həyatda niyə evləndiyini və qarşı tərəflə olan münasibətini sağlam analiz edən bilən insanlar sağlam ailə qururlar:

Vefa Ekber

“İşlədiyim cütlüklərin problemlərini nəzərə alaraq onu deyə bilərəm ki, gənclər ilk öncə öz üzərlərində işləməlidirlər. Sağlam təfəkkürlü, öz sərhədlərini, həyatda nə istədiyini, niyə evləndiyini bilən insan, qarşı tərəflə münasibətini sağlam şəkildə analiz edə bilirsə, doğru insan seçib sağlam ailə quracaq. Məntiqlə evliliyi sevgi zənn edib, ehtirasla və böyüklərin göstərişi ilə evlənənlərin sonu ayrılıqdır.

aile

Əgər münasibətlərdə problem varsa, bunu məsələdən anlayışı olmayan dostlarına və tanışlarına danışaraq daha da bərbadlaşdırmaqdansa, psixoloqa müraciət edərək, bu problemi çözməyi öyrənsələr daha yaxşı olar. Bundan başa belə bir problemin həqiqətən də gələcəkdə ailəni dağıdacaq bir məsələ olmasını aydınlaşdırmaq üçün psixoloqa müraciət etmək vacibdir və bunun faydasını da görərlər. Düzdü, evlənmədən öncə cütlüklər psixoloji konsultasiyadan keçməlidirlər. Psixoloq boşanarkən dağılmış və tükənmiş bir münasibəti bərpa etməkdənsə, yaxşı olardı ki, evlənmədən öncə cütlüyün bir-birinə uyğunluğunu onların nəzərinə çatdırıb seçim şansı versin”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir