zukerberq

“Facebook”un sahibi evdə uşağa baxacaq

Baxış sayı: 1. 303

Dünyanın ən böyük sosial şəbəkəsinin yaradıcısı və rəhbəri Mark Zukerberq iki ay müddətinə “Facebook”dakı fəaliyyətində fasilə vermək qərarına gəlib.

Özünün şəxsi “Facebook” səhifəsində bu barədə məlumat verən Zukerberq 2 aylıq məzuniyyət götürmək haqda qərar qəbul etdiyini qeyd edib: “Prisilla və mən qızımızın gəlişi üçün hazırlaşmağa başlamışıq. Biz sevimli uşaqlıq kitablarımızı və oyuncaqlarımızı da onun üçün seçmişik. Onun həyatının ilk ayı ərzində işə fasilə vermək niyyətindəyik. Bu, şəxsi qərardır. Mən 2 aylıq məzuniyyət hüququmdan istifadə etmək niyyətindəyəm. Araşdırmalar göstərir ki, işləyən valideynlərin yeni doğulan körpələri üçün vaxt ayırması daha xeyirlidir”.

M.Zukerberqin sözlərinə görə, “Facebook” 4 aylıq analıq məzuniyyəti üçün müavinət ödəyir.

Eyni zamanda, şirkətin kişi personalı da məzuniyyət götürmək hüququna malikdir.

“Həyatımızda növbəti mərhələyə başladığımız üçün çox sevinirik”, -gələcək ata duyğularını bölüşüb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir