xina

Gəlinin əlinə niyə xına yaxılır?

Baxış sayı: 181

Kədərin və xoşbəxtliyin bir vaxtda yaşandığı xına gecəsində gəlin həm ağlayır, həm də gülüb əylənir. Gəlinin və bəyin qadın qohumları və dostları toydan bir neçə gün əvvəl təşkil olunan xına gecəsində gəlinə xına yaxırlar.

Son vaxtlarda bu mərasimi təşkil edən bir çox təşkilatlar da mövcuddur. Bəs illərdən bəri gələn bu xına mərasiminin mənası nədir? Biz sizə xına yaxmağın nə mənaya gəldiyini araşdırıb yazmışıq.

Xınanın cütlükləri nəzərdən qoruduğuna inanılır 
Xına yaxmaq köhnə islam ənənələrindəndir. Keçmişdə yaşayanlar xınanın cütlüklərin bir-birinə daha möhkəm bağlanmaq, eşqlərinin davamlı olmasını təmin etmək üçün yaxıldığını deyirlər. Həmçinin evlənən cütlükləri nəzərdən və pis əməllərdən qoruduğuna da inanılır.

Həm ağlayaram, həm gedərəm
Xına mərasiminin təşkil olunması həm toydan əvvəl hər iki tərəfin qadınlarını bir-birinə yaxınlaşdırır, həm də “Həm ağlayaram, həm də gedərəm” ruhunu yansıdır. Bundan əlavə xınanın qırmızı rənginin sevgi və söhbət hisslərini oyatdığı da deyilir.

xina

Təbii ki, bu cür inanclara inanmaq sizə qalıb. Lakin keçmişlərdən bu günə qədər davam edən xına mərasimi həm hər iki tərəfin bir-birinə yaxınlaşması, həm də gənc qızların əylənməsi baxımından hamının keçirməyə çalışdığı toy adətlərindəndir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir