geyim

Gənc qızların DİQQƏTİNƏ! – Belə geyinin ki, sizə gülməsinlər

Baxış sayı: 1. 299

İndiyə qədər bir-neçə dəfə universitetə yollanan tələbələrin geyimi söz-söhbətə səbəb olub.          Yadınızdadır, şortiklə dərsə gedən gənclərimizlə bağlı əməlli başlı qalmaqal yaranmışdı.

Universitetlər hələ də tələbələrin necə geyinməsi ilə bağlı qəti qərara gələ bilməyib. Ancaq şort tipli geyimlər artıq qadağan edilib.

Bəs tələbələr əslində necə geyinməlidir ki, həm zövqlü görsənsinlər, həm də problem yaranmasın?

Bu mövzuda Türkiyədə yaşayan azərbaycanlı modelyer Ləman Süleyman tələbələrimizə çox gözəl məsləhətlər verir.

 Modelyer bildirir ki, tələbələr əsasən sadə geyimlərə üstünlük verməlidirlər:“Düşünürəm ki, onlar oxuduqları təhsil ocağına uyğun olaraq geyinməlidirlər. Ümumiyyətlə, hər kəs geyim seçərkən getdiyi məkanı nəzərə almalıdır ki, həmin məclisdə və ya hansınsa məkanda yersiz görünməsin”.

L.Süleymanın sözlərinə görə, kasual tərzi (gündəlik, rahat, sport geyimin nizamlı və gözəl olması) hər zaman öz aktuallığını qoruyub saxlayır:

“Çünki bu tərz bir neçə stilləri özündə birləşdirir və eyni zamanda rahatlıq bəxş edir. Ancaq burada düzgün kombinə etmək vacibdir. Məsələn, ən asan nümunə deyə bilərəm ki, cins şalvar, kofta və pencək istənilən keta və ya ayaqqabılarla kombinə edilə bilər”.

Modelyer bildirdi ki, 2019-2020-ci ilin trendi isə bol, geniş geyimlər olacaq:

“Dar və incə trikotajlar artıq aktuallığını itirib. Dar geyim seçərkən diqqət edilməlidir. Çünki bu ilin trendi geniş stildə olan paltarlardır”.

Ləman xanım makiyaj edərkən də sadəliyə üstünlük verməyi tövsiyə edir:

“Makiyaja gəlincə, mat və pastel tonlar istifadə olunmalıdır. Qarışıq və tünd tonlar daha çox gecə geyimləri üçün nəzərdə tutulur. Lakin bir məqamı da diqqətinizə çatdırım ki, dünyada moda və trendlər artıq daha çox sadəliyə üstünlük verirlər. Buna görə də, istər tələbələr, istər də başqa insanlar olsun təbii və sadə görünüşə üstünlük verilərsə, daha da zövqlü görünərlər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir