cinsi

Gərgin iş rejimi cinsi həyata mənfi təsir edir – ARAŞDIRMA

Baxış sayı: 324

Son dövrlərdə aparılan araşdırmalara görə, ailələrin boşanma səbəblərindən biri cütlüklərin şəxsi münasibətlərinin qaydasında olmamasıdır. Bunun səbəbi sosial medianın, intim məzmunlu filmlərin, eləcə də, gündəlik həyatda gərgin iş rejiminin insanlara göstərdiyi mənfi təsirlərdir.

Nəzərə alsaq ki, seksuallıq baxımından bəşər tarixinin ən azad dövrünü yaşayırıq, bu kimi halların yaranması normal hesab olunmur. 1970-ci illərin seksual inqilabı təkmilləşdikcə ictimai qaydalar və insanların bu məsələlərə münasibəti də birmənalı olaraq dəyişdirildi. Artıq dünya ölkələrində homoseksualizmə, çoxsaylı boşanma hallarına, evlilikdən öncə cinsi əlaqələrə əvvəlki qədər sərt reaksiyalar verilmir. Bütün bunların normal qəbul edilməyə başladığı bir dövrdə stress, gərginlik insanların seksual həyatlarını məhv edir.

“Gencaile.az” xəbər verir ki, amerikalı tədqiqatçıların mart ayında “Cinsi Davranış Arxivi” adlı jurnalda dərc etdiyi məqaləyə görə, 1990-cı illərin sonlarına nisbətən 2010-cu ilin əvvəlində amerikalıların seksual həyatında yaranan problemlər 9 dəfə artıb. Göstəricilər subay insanlardan çox evli cütlüklərə aiddir.

2013-cü ildə İngiltərədə aparılan tədqiqatlarda isə 16-44 yaş arası insanların seksual həyatında əvvəlki illərə nisbətən 5% geriləmə müşahidə olunub. 2014-cü ildə Avstraliyada bu göstərici həftədə 1,4 dəfə olaraq qeydə alınıb. 10 il əvvəl bu göstəricilər 1,8 olub. İnsanların seksual həyatının ən bərbad vəziyyətdə olduğu ölkə isə hazırda Yaponiya hesab edilir. Burada qadınların 46%, kişilərin isə 25%-i şəxsi həyatının normal olmadığını düşünür.

Tədqiqatçıların fikrincə, bu problemin ağla gələn iki səbəbi var: İnternetdə yayımlanan cinsi məzmunlu filmlər və sosial media. İnternetdə cinsi məzmunlu filmlərin yayılması insanlarda “virtual cinsi asılılıq” yaradır. Bu tip filmlərin izlənilməsi insanlarda psixi pozğunluq yaradır və gerçək cinsi əlaqənin funksiyalarını yerinə yetirərək şəxsi əlaqələrin pozulmasına gətirib çıxarır.

Tədqiqatçılar, həmçinin virtual cinsi məzmunlu filmlərin cinsi anoreksiyaya yol açdığını bildirib. 2011-ci ildə İtaliyada aparılan tədqiqatlarda 28 min insanın pornoqrafik saytlarda cinsi məzmunlu film izlədiyi qeydə alınıb. Amerikalı tədqiqatçı Karlo Forestanın sözlərinə görə, bu saytlara tez-tez girmək insanlarda cinsi azlığın yaranmasına səbəb olur: “Buradakı virtual görüntülərə məruz qalan kişilər, həqiqətlə üz-üzə gələndə cinsi istəklərini itirməyə başlayır. Beləliklə, şəxsi problemlər nəticəsində boşanma halları artır”.

Tədqiqatçılar müşahidələr əsasında bu qərara gəlib ki, sosial mediadan asılı olan insanlar gec ailə həyatı qurur. ABŞ-da aparılan araşdırmalarda iştirak edən 1500 nəfər 18-35 yaş qrupu arasındakı insanlar filmlər ilə evlilik arasındakı münasibətdən danışıb. “Eastern Economic Journal”da dərc edilən materialda insanların virtual aləmi real həyatlarına daşımaq istəyinin olduğu qeyd olunub. Evli cütlüklərin yataq otağında televizorun olması seksual münasibətlərə mənfi təsir göstərir.

Tədqiqatçıların hamısı sosial medianın və cinsi məzmunlu filmlərin insanların cinsi həyatlarına mənfi təsiri ilə həmfikir deyil. Onların bəziləri bunun mənfi təsirlərini iddia etsə də, digər bir qrup tədqiqatçılar cinsi məzmunlu filmlərin cinsi fəallığa müsbət istiqamətdə təsir etdiyi qənaətindədir. “Cinsi davranış arxivi” jurnalının 2015-ci il buraxılışında dərc olunan məqalədə, həftə ərzində ən azı iki dəfə 40 dəqiqə olmaqla cinsi məzmunlu film izləməyin şəxslərin cinsi arzu və istəklərini artırdığı qeyd olunub.

Qərb dünyasında iş saatları olduqca çoxdur. Gərgin iş rejimi günün bir çox hissəsini məşğul etdiyi üçün insanların şəxsi həyatlarına ayıracaq çox az zamanı qalır. Bunu da istirahətə ayıran şəxslərin şəxsi həyatlarındakı problemlər qaçılmazdır. ABŞ-da vətəndaşlar həftə ərzində orta hesabla 47 saat işləyir. Stress və yorğunluq cinsi fəallığın azalmasına səbəb olur. Pis bir işdə işləmək ruh sağlamlığımıza ciddi zərər vurur. İşsiz olmaq sevmədiyin işdə işləməkdən daha yaxşıdır. Xüsusilə gərgin iş rejimi, stress hormon səviyyəsinin aşağı düşməsinə səbəb olur.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir