ders

Gələcəyə vurulan balta: Kişi müəllimləri təhsilə necə cəlb etmək olar?

Baxış sayı: 682

Bu gün Azərbaycan məktəblərində kişi müəllimlərin çalışmasına böyük ehtiyac var. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, bu sahədə gəlirlərin az olması kişilərin müəllim kimi çalışmasının qarşısını alır.

Bu səbəbdən də kişilər ixtisas seçiimi edərkən belə müəllim olmağa üstünlük vermirlər.

Uşaqların isə məktəbdə kişi müəllim görməyə daha çox tələbatı var.

Bu onların xarakterinin, davranışlarının formalaşmasında, müəyyən biliklərinin əldə edilməsində vacib rol oynayır.

ders

Kişi müəllimləri təhsilə necə cəlb etmək olar?

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, məktəblərdə kişi müəllimlərin azlıq təşkil etməsi tendensiyası, əvvəlki aktuallığını itirməsə də, artıq itirmək üzrədir.

Mütəxəssis qeyd edir ki, 90-cı illərin sonları 2000-ci illərin əvvəlləri üçün belə bir tendensiya bir sıra ölkələrdə olduğu kimi Azərbaycan üçün də xarakterik olub.

Belə ki, kişi müəllimlərin azlığına əmək haqqı ilə yanaşı, digər amillər də təsir edirdi.

Bunlar özəl sektorda çalışmaq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və bu kimi digər məsələlərlə bağlı idi.

“O vaxtların rəsmi statikasına görə Respublikamızda müəllimlərin 76,27 faizi, işə qəbul üzrə müsabiqəyə müraciət edənlərin 70 faizi qadınlar olub. Lakin bu amilin şagirdlərə, onların davranışına psixoloji təsirləri barədə əsaslı tədqiqatlar aparılmadığından, qadın müəllimlərin məktəblərdə üstünlük təşkil etməsinin birmənalı olaraq mənfi göstərici kimi qiymətləndirilməsi o qədər də real görünmür” – deyə o vurğulayır.

Mütəxəssis əlavə edib ki, məktəb uşağın istər intellektual, istərsə də psixoloji inkişafına təsir edən əsas faktorlardan biri olduğundan, bir çox psixoloqlar kişi müəllimlərin çatışmazlığının onların psixologiyasına ciddi təsir göstərdiyini, başqa sözlə, qadın müəllimlərin çoxluğunun oğlan uşaqlarının xarakterinə…

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir