sevgi

Gerçək sevgi 4-cü görüşdən sonra yaranır

Baxış sayı: 1. 311

Mütəxəssislərə görə, gerçək eşq ilk baxışda deyil, dördüncü görüşdən sonra meydana gəlir. Elm adamlarının iddiasına görə, ilk görüşdə insan şüuru həmsöhbətin “zehni portretini” çəkər, sonra analiz edib, əldə edilən nəticələri yenidən gözdən keçirər. Bundan sonra insan qarşısındakının davranışını daha dərindən qiymətləndirməyə başlayar.

İnsanların müəyyən dərəcədə bir-birlərini anladıqları və müəyyən miqdarda ortaq təcrübə topladıqları dördüncü və ya beşinci görüşdə psixoloqlara görə, insanlar arasında eşq olaraq xarakterizə edilə bilən bir duyğu meydana gəlməyə başlayar. Mütəxəssislər gerçək bir duyğunun əmələ gəlməsi üçün bir-birlərinin şəkillərini görməyin və mesajlaşmanın insanlara yetərli olmadığını söyləyir. Çünki elm adamlarının söylədikləri kimi, bu vəziyyətdə beyin həmsöhbət haqqında yetərli məlumat əldə edə bilməz.

Psixoloqlara görə, internet vasitəsilə tanış olmaq, insanların həqiqətən aşiq olmasını təmin edə bilməz.