gicitkan sorbasi

Gicitkan şorbası necə hazırlanır?

Baxış sayı: 453

Bir çox vitaminlə zəngin olan gicitkanın faydaları saymaqla bitmir. Məhz bunu nəzərə alıb, gicitkan şorbasının hazırlama qaydasını təqdim edirik.

Gicitkan sadəcə dərmanların hazırlanması üçün faydalı bitki deyil. Bu bitkidən həm də mətbəxtdə dadlı təam hazırlamaq mümkündür.

 

Gicitkan şorbasının tərkibi

Yarım kilo gicitkan

1,5 stəkan qarğıdalı unu

3 qaşıq kərə yağı

1 çay qaşığı nanə qurusu

4-5 diş sarımsaq

Duz

 

Hazırlanma qaydası

Əllərinizə əlcək geyinin, çünki otun tikanları əlinizi narahat edə bilər. Bitkini orta boyda doğrayıb, suda qaynadın. Bitki çox az qaynayandan sonra həmin sudan bir stəkan götürün. Qalanını süzün. Qaynamış gicitkanın üzərinə əvvəlcədən götürdüyünüz suyu da əlavə edib, blenderdən keçirin. Püre halına gəlməsi üçün əlavə bir və ya iki stəkan da qaynamış su əlavə edə bilərsiniz.

Daha sonra qarışığı qazana tökün. Qarışdıra-qarışdıra qarğıdalı unu əlavə edin. Qatılışana kimi bişirin. Qaz pilətəsinin üzərindən götürməzdən əvvəl döyülmüş sarımsaq, nanə və duz əlavə edin. Əvvəlcədən tavada əritdiyiniz yağı da üzərinə töküb qarışdırın və qazı söndürün.

 

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir