cut

“Ginnesin Rekordlar kitabı”na düşən cütlüyün TOY FOTOLARI

Baxış sayı: 1. 945

Dünyanın ən balaca boy cütlüyü Paulo Gabriel da Silva Barros və Katyucia Lie Hoshino bənzərsiz sevgi yaşayırlar. Dörd il uzaq məsafədən münasibət yaşayan braziliyalı cütlük sonradan birlikdə yaşamağa başlayıblar. Bir neçə gün öncə isə cütlük rəsmən evlənib və elə həmin gün də onların adı “Ginnesin Rekordlar kitabı”na düşüb.

“Gencaile.az”Aile.lent.az-a istinadən onların sevgi hekayəsini təqdim edir.

Braziliyalı kişi və qadın ayrı-ayrı şəhərlərdə yaşayıblar. 88 sm boyu olan Barros hüquq şirkətlərindən birində işləyir, 89 sm boyu olan Katyucia isə kosmetoloqdur. Bir-birini çox sevən cütlük 10 il əvvəl sosial şəbəkədə tanış olublar. Barros qızı görən kimi aşiq olub, Katyucianın isə ondan xoşu gəlməyib. Hətta onu sosial şəbəkədə blok da edib. Bundan sonra Barros kilometrlərlə yol qət edərək, Katyucianın könlünü fəth etmək üçün onun yaşadığı şəhərə gəlib. Dörd illik sevgi münasibətindən sonra cütlük bir yerdə yaşamağa başlayıblar. Bir neçə gün öncə isə onlar rəsmən evləniblər.

Dünyanın ən balaca boy cütlüyü hər fürsətdə bir-birinə olan sevgisini dilə gətirir. Onlar həyatın bütün çətinliklərinin öhdəsindən birlikdə gəlirlər. Xəyallarının ikisini reallığa çevirən cütlüyün bir arzusu qalıb – uşaq sahibi olmaq. Həkimlər cütlüyə qüsurları səbəbindən uşaq sahibi olmağa icazə vermirlər. Lakin onlar istəklərindən vaz keçmirlər. Hətta bu arzularına çata bilməsələr də, bir-birinə sahib olmağı ən böyük şans hesab  edirlər.

Barros ve Katyucia insanların onları anlayışla qarşılamalarını istəyirlər. Yolda gedərkən belə, insanların baxışlarından narahat olan cütlük özləri kimi qüsurlu şəxslərin digərləri tərəfindən normal qarşılanmasını arzulayır.

c2 c3 c c1




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir