405050

Göbələklə kələm dolması

Baxış sayı: 2. 018

Gencaile.az göbələklə kələm dolmasının hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

ağ kələm
2 x.q. bitki yağı
500 q göbələk
2 x.q. tomat pastası
0,5 st. bişmiş düyü
duz
istiot

Kələm yarpaqlarını qaynayan suda 2-3 dəqiqə bişirin, sudan çıxarıb aşsüzənə yığın.
Düyünü bişirin, amma xəşil olmasın. Göbələyi təmizləyib bir buğum qaynadın,  doğrayın, düyü, duz-istiot, tomat pastası, bitki yağı əlavə edib qarışdırın.  Kələmlərin içini doldurub dolma kimi bükün. Əvvəlcə yağda qızardın. Sonra dərin soba qabına yığın. Tomat pastasını su və bitki yağı ilə qarışdırıb üzərinə gəzdirin. (Su əvəzinə bulyon da götürə bilərsiniz). Sobada hazır olanadək bişirin.
Süfrəyə bişmiş kartof və xiyar salatı ilə verə bilərsiniz.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir