qocalmaq

Gözəl qocalmağın 9 yolu

Baxış sayı: 1. 571

Çoxları gözəl qocalmağı mif hesab edir. Amma bu gün yaşı 60, hətta 70-i keçən elə insanlar var ki, özlərindən yaşca daha kiçiklərdən cazibədar görünürlər. Bəs bunu onlar nəyə borcludurlar?

1. İdman – 30 yaşdan sonra əzələ kütləsi azalmağa başlayır. Buna görə də müntəzəm olaraq idman və iradə lazımdır.
2. Stress – çoxsaylı araşdırmalar göstərir ki, stress qocalma prosesini sürətləndirir. Hüceyrələri məhv edir.
3. Təəssüf – əgər siz daim keçmişlə yaşayırsınızsa, gələcəyə hərəkət etmək çox çətin olacaq.
4. Maraq – hər gün nə isə yeni bir şey öyrənməyə çalışanların həyata sevgisi də çox olur.
5. Makiaj – çoxları düşünür ki, yaş artdıqca makiaj da artmalıdır. Lakin ehtiyatlı olun, artıq krem ənlik sizi olduğunuzdan da yaşlı göstərə bilər.
6. Pozitiv – xəstəlik, yaşla bağlı uzun-uzadı şikayətlər etmək olar. Daha yaxşı olar ki, immun sistemini möhkəmləndirəsiniz və pozitiv olasınız.
7. Sağlam yuxu – alimlər də keyfiyyətli yuxunu gəncliyin əsas səbəblərindən biri hesab edirlər. Gün ərzində ən azı 7 saat yatmaq məsləhətdir.
8. Düzgün qida – qidalanma dərinin görünüşünə ən çox təsir edən amillərdən biridir.
9. Obraz – illər keçdikcə xarici görünüşümüz dəyişir. Bəziləri bunun qarşısını almaq üçün əlindən gələni edir, bəziləri isə hər yaşın öz gözəlliyi var deyib, təbiiliyi qoruyur.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir