Nermine Abbasova

Gümrah olmaq üçün nə etməli? – MÜTƏXƏSSİS YAZIR

Baxış sayı: 414

Sağlam orqanizmə sahib olmaq hər bir insanın arzusudur. Amma çoxları bilmir ki, kişi orqanizmi ilə qadınınki fərqlidir. Yəni, kişilər üçün xeyirli olan qidalar, xanımlara ziyan verə bilərlər. Buna görə də mütəxəssislər kişilər üçün hər zaman fərqli pəhriz, xeyirli qidalar siyahısı hazırlayırlar.

Bu yazıda güclü cinsin nümayəndələri üçün sağlam qalmağın 7 yolu haqda danışacağıq.

idman

 

1) Sağlamlığın ilk dostu idmandır. Əgər idman etməyə vaxtınız yoxdursa, onda… Mütəxəssislər məsləhət görürlər ki, səhər işə gedərkən liftdən yox, pilləkəndən istifadə edin. Özüdə pilləkənləri yavaş-yavaş yox, qaça-qaça çıxıb-düşməyə çalışın.

2) Boyun ağrısını özünüz müalicə edin… İşiniz oturaqdırsa və ya gün ərzində kompüter qarşısından dura bilmirsinizsə, onda sözsüz ki, boynunuzda və belinizdə ağrılar olacaq. Qələmi dişlərinizin arasına qoyun və əlifbadakı bütün hərfləri – A-dan Z-yə kimi hamısını havada yazmağa çalışın. Yorulmasanız, özünüzün və sevgilinizin də adını “yaza bilərsiniz”.

boyun agrilari

3) Xəstələnməmək üçün… Dəniz duzu alın. Ondan 1 çay qaşığı ilıq suya töküb, hər səhər qarqara edin. Bu, həm dişlərinizi möhkəm, bəyaz saxlayacaq, həm də sizi qrip və boğaz ağrısından qoruyacaq.

4) Özünüzü yorğun hiss edirsinizsə… İşdən gələndən sonra ilıq suya təmiz bal töküb, qarışdırın. Həmin su ilə alnınızı və çiyinlərinizi masaj edin. Bu, qan dövranını yaxşılaşdırırb, maddələr mübadiləsinin normal dövriyyəsinə kömək olacaq. Həm də xizi başağrısından xilas edəcək.

5) Həmişə enerjili olmaq üçün… Gecə yatmazdan əvvəl 11 dəqiqə qulağınızın sırğalığını masaj edin. Bu, kişilərdə impotentlik riskini 90 faiz azaldır.

eseb

6) Əsəblərinizi sakit saxlamaq üçün… İspanaq və vəzərini ət maşınından keçirib, hər gün onun suyundan 2 xörək qaşığı qəbul etsəniz dünya dağılsa da vecinizə olmayacaq.

7) Yeməkdən sonra mədədə narahatçılıq varsa… Yeməkdən sonra bir dilim banan yemək mədədəki narahatçılığı aradan qaldırar.

 

Nərminə Abbasova

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir