aksessuar

Gümüş üzükləri necə parlatmaq olar?

Baxış sayı: 963

Son zamanlar gümüş bərbəzəklər, hətta ev əşyaları dəbdədir. Lakin bir məsələ var ki, bu əşyalar, əsasən də üzük, boyunbağı, bilərzik və sırğalar tez qaralır. Bəs bu əşyaları necə parlatmaq olar? Beləliklə, mütəxəssislərin rəyinə əsasən, sizə 3 əsas yolu göstəririk:

1. Diş məcunu ilə təmizləyin. Gümüş əşyalarınızın üzərinə məcun vurun sonra onları ya diş fırçası, ya da hər hansı bir dəsmalla sürtün. Sonra bu əşyaları 30 dəqiqə ərzində su dolu olan qabda saxlayın. Daha sonra isə durulayıb götürə bilərsiniz.

2. İki yemək qaşığı sirkənin içərisinə bir qədər su tökün. Sonra onun üzərinə bir paket qabartma tozu əlavə edin. Yenə də gümüş əşyaları 30 dəqiqə ərzində bu məhlulun içərisində saxlayın. Daha sonra isə durulayıb götürə bilərsiniz.

3. Bir kasanın içinə 2 yemək qaşığı limon suyu, 1 yemək qaşığı duz tökün. Bunun üzərinə bir az da su əlavə edin. Gümüş əşyaları 30 dəqiqə ərzində bu məhlulun içərisində saxlayın. Daha sonra isə durulayıb götürə bilərsiniz.

uzuk

aksessuar 3
aksessuar 2
aksessuar 1
aksessuar



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir