meyve

Həddindən artıq meyvə istehlakı qaraciyərə zərər verə bilər

Baxış sayı: 433

Əksər insanlar üçün məlum olmasa da, qaraciyərə ciddi ziyan vura biləcək bir neçə zahirən zərərsiz vərdişlər var. Bu mövzuda fikirlərini öyrəndiyimiz MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova  deyir ki, qaraciyərin fəaliyyəti həddindn artıq spirt istehlakı ilə pozulur və çoxlu sayda dərman qəbul etmək də bu orqanın xəstəliyinə səbəb ola bilər.

Nermine Abbasova

Həkim həmçinin onu da bildirir ki, meyvələrin nəzarətsiz istehlakı nəticəsində də qaraciyər zədələnə bilər. Fakt budur ki, bədəndə fruktozanın çox olmasının qaraciyərin fəaliyyətinə zərərli təsir göstərir.

Mütəxəssis onu da vurğulayır ki, oturaq həyat tərzi və bunun nəticəsində artıq çəki qaraciyər problemlərinə səbəb ola bilər. Bu vəziyyətdə müntəzəm məşq qaraciyər yağlanmasının inkişaf riskini azaldır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir