xerceng xesteliyi

Hər 3 dəqiqədə 1 qadın bu xəstəliyə tutulur – ARAŞDIRMA

Baxış sayı: 153

Türkiyəli həkim Atakan Sezer süd vəzi xərçənginin qadınlarda ən çox rastlanan xəstəlik olduğunu bildirib.

Onun sözlərinə görə, dünyada hər 3 dəqiqədə 1 qadına süd vəzi xərçəngi diaqnozu qoyulur:

“Qadınların öz-özünə müayinəsi çox önəmlidir. Amma bu bir yoxlama, araşdırma üsulu deyil. Yoxlanış həkim nəzarətində olmalıdır. Qadının məməsindəki fərqlilikləri bilməsi baxımından öz-özünə müayinə çox önəmlidir. Qadınlar arasında ölümə görə, südvəzi xərçəngi birinci yerdə durur. 70 yaşına qədər yaşayan hər 8 qadından birində bu xəstəliyə rastlanır. Bu insanların 12 faizi deməkdir. Dünyada isə hər il təxminən 2 milyon qadın süd vəzi xərçənginə tutulur. Ona görədə diqqətli olmalıyıq. Vaxtında həkimə getməli, müayinə edilməlidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir