qadin

Həyat yoldaşı çirkin olan qadınlar xoşbəxt olur

Baxış sayı: 433
ABŞ-ın Tennessi Universitetinin mütəxəssisləri 5 il ərzində 82 cütlüyün evlilik həyatını izləyərək araşdırma aparıb. Onların gəldiyi qənaətə görə, həyat yoldaşı özündən çirkin olan qadınlar özlərini daha xoşbəxt və daha güvəndə hiss edirlər.
Ekspertlər həyat yoldaşından daha cəlbedici olan bir kişinin kiçik eşqbazlıqlar etmə şansının daha çox olduğunu, belə bir xəyanət ehtimalının isə qadının rahatlığını və xoşbəxtliyini pozduğunu deyib.
Sosial münasibətlər üzrə professor Albert Daniel isə tərəf müqabili çirkin olan kişilərin qadınına daha çox sahib çıxdığını bildirib. O, vurğulayıb ki, bu sahibliyin səbəbi qadınların ər olaraq özlərindən daha çirkin kişiləri seçməsindən qaynaqlanır.
Bir çox qadınların çirkin kişilərlə birlikdə olduğu, hətta bundan çox razı olduğu həqiqətdir. Seriallarda, küçədə gəzərkən və yaxud hər hansı bir məkanda belə cütlüklərə tez-tez rast gəlinir.
Gözəl qadınların çirkin kişiləri seçməsinin digər bir səbəbi isə yaraşıqlı kişilərin özündən razı olmasıdır. Belə ki, cazibədar kişilər gözə xitab etsələr də, yaraşıqlı və uzun boylu olmaqlarını digər mənfi xüsusiyyətlərini ört-basdır etmək üçün istifadə edirlər.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir