nane

Həftədə ən az 3 dəfə nanə yemək orqanizmdə bunları edir – FAYDALARI

Baxış sayı: 1. 378

Xəstəliklərin artdığı, apteklərin dolub-daşdığı bir vaxtda insan düşünür – vəziyyətin bu həddə gəlib çatmasının səbəbi nədir? Əlbəttə, əsas gətirə biləcəyimiz məqamlar çoxdur, onlardan biri də təbii qidalardan uzaqlaşmağımız, min bir dərdin dərmanı olan bitkilərdən az istifadə etməyimiz, yaxud heç istifadə etməməyimizdir. Belə bitkilərdən biri də nanədir. Beləliklə, nanənin faydalarını təqdim edirik.

 

1. A, C, B qrup vitaminlərlə və mikroelementlərlə zəngindir.

2. Sinir sisteminə müsbət təsir edir, əsəbləri sakitləşdirir.

3. Stress və gərginliyi aradan qaldırır.

4. Ürək-damar sistemi üçün xeyirlidir, infarkt riskini azaldır.

5. Mədə bulanması, mədənin yanması zamanı faydalıdır.

6. Həzmi asanlaşdırır.

7. Dərinin sağlam qalmasına xeyirlidir.

8. Ağızdan gələn xoşagəlməz qoxunu aradan qaldırır.

9. Astmanın müalicəsində effektlidir.

10. Hepatitin inkişafının qarşısını alır.

11. Öd kisəsi xəstəliyi və köpə faydalıdır.

12. Nanə çayı da çox faydalıdır – soyuqdəymə zamanı qızdırmanı aşağı salır, nəfəsalmanı rahatlaşdırır.

13. Yuxu gətirir.

14. Qaraciyərə yaxşı təsir göstərir.

15. Əl və ayaqların titrəməsi zamanı müsbət təsir göstərir.

16. Qusmanın qarşısını alır.

17. Qızdırmanı salır.

18. Miqren xəstələrinə xeyirlidir.

19. Bağırsaq qurdlarını tökür.

20. Baş ağrıları zamanı effektli təsir göstərir.

21. Təzyiqi aşağı salır.

22. İshal zamanı kömək edir.

23. Ayaqları nanə dəmləməsi ilə vanna etdikdə göbələk infeksiyasını, ayaqlardakı qoxunu aradan qaldırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir