agcaqanad

Həşəratlar koronavirus daşıyıcısıdır? – Diqqət olunmalı 7 MƏQAM

Baxış sayı: 722

Yay özü ilə bol günəşli hava, istirahət, gəzinti ilə yanaşı heç sevmədiyimiz, çağırılmamış qonaqları da gətirir. Bəli, söhbət hiyləgərcəsinə ətrafda dolanıb “vız” səsləriylə can sıxan kiçik “qaniçənlər”dən gedir. Söhbət təkcə ağcaqanadlardan yox, ümumiyyətlə yaz-yay aylarında bizi narahat edən bütün həşəratlardan. Özlərindən sonra qaşınmalı və qızarmış yaralar qoyub gedən həşəratların gəlişinin dərdini indidən çəkmək yerinə düşür. İndi karantin rejimində hər kəsi narahat edən bir məsələ var: Həşəratlar koronavirusun yayılmasında rol oynaya bilərmi? Bizi hansı təhlükələr gözləyir? Bu təhlükənin qarşısını almaq üçün nələr etməliyik?

Problemlə bağlı infeksionist-hepatoloq Vüsalə Yaşar aşağıdakıları dedi:

“Həşəratlar vasitəsi ilə koronavirusun yayılması mümkün deyil. Çünki bu viruslar qan yolu ilə yoluxmur. Yalnız hava-damcı yolu ilə yoluxur. Bunun üçün də lazım olan məsləhətləri daim əhaliyə veririk. Həşəratlara görə narahatlığı sadəcə bizi sancmaları və vücudumuzda qoyduqları qaşınmalı yara izinə görə keçirməliyik. Onlar vasitəsi ilə biz koronavirusa yoluxa bilmərik”.

Vüsalə xanımla olan söhbətdən sonra həşərat sancmaları ilə bağlı kiçik araşdırma apardıq. Bəli, həşəratlar bizi koronavirusa yoluxdurmayacaq, amma xoşagəlməz sancmaları ilə narahat edəcəklər. Bunun üçün nə etməliyik? Sancmasından sonra yaranan qaşınmanın qarşısını almaq üçün hansısa üsullar varmı?

Əlbəttə ki, var. Həm də təbii üsullar. Həşərat sancmasından sonra yaranan qaşınmanın qarşısını almağın 7 ən təbii üsulu sizə təqdim edirik:

1. Buz kublar

Buz qaşıntı olan yeri keyidərək sancmadan sonra əmələ gələn şişmənin qarşısını alacaq. Buzları bir dəsmala bürüyüb 10 dəqiqə, ya da dözə biləcəyiniz qədər sancılan yerin üzərində saxlayın.

2. Paket çay

Çaydakı təbii tanin maddəsi qanamanın qarşısını alır. Büzücü təsiri ilə narahatedici toksinləri bədəninizdən ataraq, narahatlığınızı aradan qaldırar. Bir çay paketini qaşıntılarınız azalana qədər sancma nöqtəsi üzərinə qoyun.

3. Çay ağacı yağı.

Bir pambığa bir azca çay ağacı yağı batırın və sancma olan yerə yüngülcə sürtün. Lavanda və nanə yağı da eyni zamanda işinizə yaraya bilər.

4. Qabartma tozu.

Qabartma tozuna bir neçə damla su əlavə edin, bir qabda qarışdırın və birbaşa sancma olan yerə sürtün. Quruyana qədər gözləyin. Qabartma tozundakı maddələr qaşıntını azaltmağa kömək edəcək.

5. Əlbəttə ki, aloe vera.

Ümumiyyətlə günəş yanıqlarını müalicə etməkdə istifadə edilən aloe vera eyni zamanda ağcaqanad sancmalarına qarşı da effektlidir. Əgər təzə budaq tapsanız, bıçaqla yararaq dişlənən bölgənin üzərinə yüngülcə basdırın.

6. Soda.

Qida sodası ağcaqanadın dişləmə yerinin müalicəsi üçün ən geniş yayılan və asan yollardan biridir: 3 çay qaşığı sodanı 1 çay qaşığı su ilə qarışdırıb, pasta şəklinə salın. Alınan qarışığı qaşınan yerə qoyun və qurumasını gözləyn.

7. Limon.

Qaşınan yerə limon şirəsi də çəkmək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir