revan

Habil Əliyevin boşanan oğlu keçmiş sevgilisi ilə evləndi

Baxış sayı: 1. 734

Həyat yoldaşından uzun illərdir ki, boşanan Rəvan Habiloğlu, nəhayət, subaylığın daşını atıb.

Onun ikinci dəfə evləndiyi xanım isə həkimdir. Əldə etdiyimiz xəbərə görə, yerli klinikaların birində şöbə müdiri  vəzifəsində çalışan Gülnarə Nuruzadə uzun illər xarici ölkələrdə, eyni zamanda, 2012-ci ildə FİFA tərəfindən keçirilən Qadın dünya futbol çempionatında həkim kimi fəaliyyət göstərib.

Hətta cütlüyün gənclik illərində bir-biri ilə sevgili olduqları, amma müəyyən səbəblər üzündən ailə qurmadıqları deyilir. Amma gec də olsa, bu evlilik indi baş tutub.

Qeyd edək ki, həm Rəvanın, həm də Gülnarənin əvvəlki evliliklərindən övladları da var.

Onu da öyrəndik ki, Habil Əliyev də bu izdivaca xeyir-dua verib.

Sənətkarın həyat yoldaşı Şərqiyyə Əliyeva xeyir xəbəri təsdiqləyib. (publika.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir