facebook status

Hadı Rəcəbli, Putin, banan və… – TANINMIŞLARIN “FACEBOOK” STATUSLARI

Baxış sayı: 1. 784

“Facebook”da da gündəmi izləmək mümkündür. Çünki elə aktual mövzu yoxdur ki, bu sosial şəbəkəyə daşınmasın – təbiidir, çünki əksəriyyət burada fikirlərini ictimailləşdirməyə üstünlük verir. Maraqlı olacağını nəzərə alıb, tanınmışlardan bəzilərinin son statuslarını topladıq.

Jurnalist Taleh Şahsuvarlı son günlərin ən qalmaqallı açıqlaması fonunda “facebook”un rolunu önə çəkib: “Hadı Rəcəblinin dilə-dişə düşməsi onu göstərdi ki, Azərbaycanda ictimai-siyasi fiqurları çoxdan iki qismə bölmək lazımdır: Sosial Şəbəkə Dövründən əvvəlkilərə və sonrakılara. Çünki artıq deyilən sözü nəzarətdə saxlamaq olmur. Söz ağızdan çıxdı, olur sosial şəbəkələrin!”

Teleaparıcı Vəsilə Vahidqızı isə görkəmli şairi yad edib: “Dünən axşam İTV-də Vaqif Səmədoğlunun xanımı böyük şairin ölüm anından danışırdı. Vaqif müəllim ölümün üzünə gülüb və o an xanımının otaqdan çıxmasını, ruhunu tapşırdığı anı görməməsini istəyib.O sevdiyi qadın üçün hər zaman diri qalmaq arzusunda olub. Adam nə qədər güclü imiş…”

Millət vəkili, siyasi təhlilçi Sahib Əliyev isə dövlət başçısı İlham Əliyevin açıqlamasını şərh edib: “Cənab Prezident Şuşada da ASAN-ın açılacağını dedi. Açığı indi bu elə də asan görünmür. Amma o, neçə asan olmayanı asanlaşdırmadımı?”

Vəkil Anar Qasımlı da millət vəkilindən bəhs edib, ancaq Hadı Rəcəblidən yox, Hacı Qalib Salahzadədən: “Belə başa düşdüm ki, 26 dəfə Həccə gedən millət vəkili deputat maaşı ilə dolana bilmədiyi üçün parlament tətildə olanda həcc bələdçisi işləyirmiş”.

Yazıçı Salam Sarvan isə dindarların bir kitabdan uzağa getməməsini qınayıb: “Youtubedə dindarla ateistin söhbətinə baxdım (debat deyildi). Söhbət səmimi, mehriban,bir-birinə hörmət, nəzakət ortamında gedirdi. Xoşum gəldi. Amma kədərli orasıydı ki, mükəmməl dini bilgiləri olan həmin dindarın, məsələn, təkamül nəzəriyyəsindən məlumatı belə yox idi. Bax, “birkitablı” olmağın nəticəsi budur, birkitablılıq dindarın özünə də zərərlidir, adi söhbətdə belə onu aciz vəziyyətdə qoyur”.

Millət vəkili Aydın Mirzəzadə isə ailə mövzusunda ibrətamiz fikir səsləndirib: “Kişilər fikirləşin, sizin ananızı kimsə incidəndə siz o adamı öldürməyə hazırsınız. Ancaq özünüz həyat yoldaşınızı incidəndə , sizcə oğlunuz nə hiss keçirir?”

Politoloq Fərhad Mehdiyev isə bananın qiymətindən narahatlığını ifadə edərək, jurnalistləri araşdırma aparmağa dəvət edib: “KIV nümayəndələrindən bir xahişim olacaq. Yazmağa məlumat da axtarırsınız. Bu edəcəyiniz, cəbhədə vətən üçün qan tökmək kimi bir şeydir. Bir araşdırın niyə ölkəmizdə non-organic banan bu qədər bahalıdır? Necə olur Avropada onların maaşları ilə 1 avro ətrafında olan Kolumbiya bananı bizdə 2.40 avrodur? İndi bu yazıq müəllim işdən sonra neçə saat işdən sonra bənnalıq etməlidir ki, evdə banan istəyən uşaqlarına onu ala bilsin?”

Fəal gənc Bəxtiyar Hacıyev isə şimal qonşumuzun sərhədlərini aşan aktual mövzuya toxunub: “Hamı Putindən yazır. Biri deyir Putin ölüb, biri deyir Putin İslamı qəbul edib, biri deyir ata olub. Hamısı da ona emosional bağlılıq, doğmalıq, yaxınlıq yaradan xəbərlərdir. Bir həftə əvvəl hamı “Boris Nemtsovu Putin öldürtdürüb” deyirdi. Gördünüz, Putin necə dəyişir gündəmi? KGB məktəbi başqa şeydir ey…”

Şair Şəhriyar del Gerani isə kitabının qiyməti məsələsindəki tərəddüdünə son qoyub: “Çox düşündüm-daşındım. Sonra yenidən daşındım və düşündüm. Bu qərara gəldim. Ki, yeni çap olunacaq şeirlər-esselər kitabımın satış qiyməti 12 azn olsun. Düzü, tələbə oxuculara görə xeyli tərəddüddə qalmışdım. Amma, KFC, McDonald’s, MADO kimi yerlərdəki növbələr gözümün qabağına gəldi. Və qərar verdim. Həm də, bir oxucu şairinin 5 ildən-bir çıxan kitabına 12 manat xərcləyə bilmirsə, heç elə oxucu ədəbiyyata da lazım deyil…)) Ciddi sözümdü… İlə 2 manat 40 qəpik, aya isə 20 qəpik düşür. Uğurlar!”

Teleaparıcı Günay Yelmarqızı isə günün əsas müzakirəsinə eyham vuraraq maraqlı statistikanı diqqətə çatdırıb: “Azərbaycanda təxminən 151 min müəllim var. Təkcə ümumtəhsil müessisələrində çalışan müəllimlərin 76,6 faizi xanımdır…”

“Publika.az” saytının baş redaktoru Aynur Camal da müəllim mövzusunda yazıb: “Biz uşaq olanda elə bilirdik müəllim yemək yemir…”

Yazıçı Əsəd Qaraqaplan isə kəskin tənqidə gedib: “Bekar xalqın mövzusu həmişə adamlar – şəxslər olur, ideyalar, düşüncələr deyil…”

Gencaile.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir