otel

Halal Hotel” konsepsiyası özündə nəyi ehtiva edir və və hansı auditoriyaya xitab edir?

Baxış sayı: 304

Bu gün dünyada trendə çevrilən hotel konsepti artıq Azərbaycnda da fəaliyyətə başlayıb. Maraqlıdır, bəs ölkəmizdə “Halal Hotel” konsepsiyası əsasən nəyi özündə ehtiva edir və və hansı auditoriyaya xitab edir?

“Smart Hotel Managment” şirkəti belə bir hotelin idarəçilik işini həyata keçirir. Şirkət rəhbəri Ceyhun Aşurov öncə bizə “Halal Hotel” konsepsiyası haqda məlumat verərək bildirdi ki, dünyada belə hotellər uzun illərdir ki, mövcuddur:

Ceyhun Asurov

“Xüsusən də müsəlman ölkələri və müsəlman ölkələrindən daha çox turist qarşılayan ölkələrdə də bu konsepsiyada müxtəlif hotellər fəaliyyət göstərir. Lakin qeyd edim ki, bu cür hotellər yalnız dindar şəxslər üçün nəzərdə tutulmur. Bu cür hotelin qapıları hər kəsin üzünə açıq olsa da, əməl olunması vacib olan müəyyən qanunlar var. Bu cür hotellərdə cinslərə görə çimərliklər ayrı olur. Bu hotellərdə namaz qılmaq üçün ayrıca yerlər olur”.

Müsahibimiz Azərbaycanda da belə bir hotelin yaradılması ideyasının necə yaranmasından söz açır. Onun sözlərinə görə, vaxtilə bununla bağlı ölkəmizdə fəaliyyət göstərən səfirliklərin birindən təklif irəli sürülüb:

“Xüsusən də müqəddəs yerlərin ziyarəti zamanı turistlərin günlərlə boş zamanları olur ki, digər ölkələrə də üz tuta bilsinlər. Ümrə ziyarətinə turistlər bir çox hallarda Türkiyədən keçməklə gedirlər. Burada həm marşrutun rahatlığı, həm də ölkənin açıqlığı mühüm rol oynayır. Bu cür müqəddəs ziyarətlərin başladığı zaman Türkiyə kimi ölkələrin hotellərində həmin vaxt ciddi şəkildə bir yüklənmə olur, hotellər dolur. Azərbaycanın coğrafi məkanını nəzərə alsaq, deyə bilərik ki, belə turistlər üçün ölkəmizə həmin müddətdə səfər etmək heç də sərfəli deyil”.

C.Aşurov deyir ki, günlük hotel və qidalanma qiymətləri ölkədə yüksək deyil və 6 il əvvəlki devalvasiyadan sonrakı qiymətlər əslində əcnəbilər üçün sərfəli hesab olunur:

“Lakin əcnəbi turistlər də hər zaman bildirir ki, əslində Azərbaycanda qonaq olaraq qalmaq, qidalanmaq sərfəli olsa da, təyyarə xərcləri yüksəkdir. Azərbaycan coğrafi məkan olaraq müqəddəs yerlərə səfər zamanı əlverişli hesab olunmasa da, belə bir hotelin Azərbayanda yaradılması ilə bağlı bizə ideya verildikdə “niyə də yox?” deyərək bu istiqamətdə işlərə başladıq. Nəticə isə 2019-cu ildə ortaya çıxdı, lakin hotel bir neçə ay fəaliyyət göstərdikdən sonra pandemiyanın başlaması bütün planları alt-üst etdi. Beləliklə, yenicə fəaliyyətə başlayan hotel cari ilin sentyabrınadək qapılarını qonaqların üzünə bağladı”.

Konsepsiyanın əsas fərqi və üstünlüyünün kökündə inam amili dayanır. Belə ki, hazırda fəaliyyətdə olan hotellərin əksəriyyəti otaqları bir neçə saatlıq icarəyə verdikləri, bu yolla da qazanc əldə etdikləri üçün cəmiyyətdə hotel adına qarşı mənfi bir düşüncə formalaşsa da, “Halal Hotel” konsepsiyası ilə fəaliyyət göstərən hotelin bir dəfə qonağı olan şəxslər hotelin adına böyük inam göstərirlər.

C.Aşurov bildirir ki, müxtəlif xristian ölkələrindən olan şəxslər də rahatlıqla hoteldə rezervasiyanı həyata keçirə bilərlər:

“Hotel həmçinin müxtəlif problemlərin həlli üçün müvəqqəti olaraq yolunu Bakıdan salan, rahatlıq, komfort, sakitlik axtarışında olan şəxslərin marağındadır”.

Azərbaycanda analoqu olmayan bu hoteldə qiymətlər 50-120 AZN arasında dəyişilir, keyfiyyətdə isə hotel bütün standartlara, pandemiya ilə əlaqədar qoyulan tələblərə və digər tələblərə cavab verir. Xarici qonaqlar üçün təqribən 30 dollardan başlayan bu qiymətlər yüksək deyil.
otel

Hoteldə qidalar da halal standartlarına cavab verir

Azərbaycanda yeganə olan bu hoteldəki vəziyyətlə tanış olmaq üçün ünvana üz tutduq. Ümumilikdə 27 otaqdan ibarət hoteldə 1-2, 3-4 və daha çox nəfərlik otaqlar var. Hər bir otaq nömrəsində mətbəx, mini-bar mövcuddur. Hoteldə pandemiya qaydalarına tam olaraq əməl olunur və otaqlar maska və dezinfeksiya məhsulları ilə təmin olunub. Qiymətə pulsuz səhər yeməyi daxildir. Hoteldə olduğumuz müddətdə həm yerli, həm də xarici turistlərlə həmsöhbət ola bildik. Məlum oldu ki, təkrar müştərilərə mümkün qədər endirimlər nəzərdə tutulur. Avropa ölkələrinin birindən gələn əcnəbi qonaq ilk dəfə 2019-cu ildə burada qonaq olduğunu və xidmətlərdən məmnun qaldığını bildirdi.

Azərbaycanda analoqu olmayan bu hoteldə qiymətlər 50-120 AZN arasında dəyişilir, keyfiyyətdə isə hotel bütün standartlara, pandemiya ilə əlaqədar qoyulan tələblərə və digər tələblərə cavab verir. Xarici qonaqlar üçün təqribən 30 dollardan başlayan bu qiymətlər yüksək deyil.

 

Nigar İsgəndərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir