hamile kishi

“Hamilə” atalar – FOTO

Baxış sayı: 1. 744

Ceyson Bremli, Stiv Henson və Conni Biqqins adlı üç şəxs hamilə qadınların nə hiss etdiklərini anlamaq üçün qeyri-adi bir layihəyə start veriblər.

Onlar bir ay müddətində 16 kiloluq bir kostyumla yaşayacaqlar.

Kostyum sayəsində iri döşlərə və böyük bir qarına sahib olan bu 3 kişi hamilələrin gün ərzində hansı çətinliklərlə qarşılaşdıqlarını sınaqdan keçiriblər.

12 yaşlı oğlu olan 46 yaşlı Stiv corab geyinməyin belə inanılmaz dərəcədə çətinləşdiyini deyir.

Barselonada eyni ofisdə işləyən “hamilə atalar” üzərlərindəki kostyumu sadəcə yuyulmalı olanda çıxarırlar.

Qeyd edək ki, həmin kostyum xüsusi olaraq hazırlanıb. Yəni qarına və sidik kisəsinə təzyiq göstərir, bel ağrısına səbəb olur. (publika.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir