kisi-qadin

Hansı geyim xətaları qadınları kişilərdən uzaqlaşdırır?

Baxış sayı: 166

Kişilərin geyim haqqındakı fikirləri müxtəlif ola bilər. Lakin, unutmamalıyıq ki, bəzən geyimdə etdiyimiz xırda səhvlər xanımlarla olan münasibətimizi korlaya, onları bizdən uzaqlaşdıra bilər.

Bu dəfəki məqaləmizdə sizə qadınların kişilərin geyimində sevmədiyi, yanlış hesab etdiyi nüanslar haqqında danışacağıq.

 

Paltarınıza uyğun olmayan corablar

Corablar geyimimizdə çox şeyi həll edir. İşə gedən zaman köynək, şalvar uyğunluğu ilə yanaşı corablarımızın da geyimlə uyğunluğuna diqqət yetirməliyik. Geyiminizə uyğun olmayan corablar sizi gülünc göstərə bilər. Əgər işə gedirsinizsə, bütün gün ayağınızın ayaqqabı içində qalacağına, onsuzda qarşınızdakı xanımın corabınızı görməyəcəyinə bu qədər əmin olmayın. Kim bilir bəlkə də iş sonrası gözəl bir xanımla görüşünüzü onun evində tamamlamalı olacaqsınız? Bu zaman yaşayacağınız rüsvayçılığı təsəvvür edirsiniz?!

 

Qısa qalstuk

Qısa qalstukun heç bir geyimlə uyğunlaşmadığını deyə bilmərik, amma əksər hallarda kişilər bu qalstukları elə əlaqəsiz geyimlərlə uyğunlaşdırırlar ki, qadınlarda artıq qısa qalstuklara qarşı əsil antipatiya yaranıb. Həmişəki klassik geyim tərzindən çıxmaq üçün qısa qalstukdan istifadə edə bilərsiniz, amma unutmayın ki, geyiminizdə bu xırda hesab etdiyiniz səhv sizi böyük qonaqlıqlarda gülünc vəziyyətə sala bilər.

 

Yay ayaqqabısı corab ilə

Bu geyim səhvini uzun-uzadı təsvir etməyə ehtiyac yoxdur. Yayda kişilərin ayağına diqqət yetirsək, 98%-inin bu səhvi etdiyini görərik. Bəlkə doğurdan da haradasa belə bir dəb qaydası oxumusunuz, amma sizi əmin edirik ki, yay ayaqqabısı ilə corab geyinmək çox yanlış addımdır.

 

Ölçümüzə uyğun olmayan kostyumlar

Hər zaman öz ölçümüzə uyğun geyim tapmağa müvəffəq olmuruq. Bəzən bir geyimi nə qədər sevsək də, onun ölçümüzə uyğun olmadığını gördükdə alternativ variantlar üzərində düşünürük. Amma kişilərin onların bədən quruluşuna uyğun olmayan geyimləri seçməkdə niyə bu qədər inadkar olduqlarını da başa düşmək çətindir. Niyə əksər hallarda ölçünüzdən böyük kostyumlar seçirsiniz? Yəni, onu dərzidə öz ölçünüzə uyğun yığdırmaq bu qədərmi çətindir? Doğurdanmı kənardan baxdıqda bunun necə xoş olmayan görüntü yaratdığının fərində deyilsiniz?

 

Qarderobun yenilənməməsi

Kişilər əksər hallarda bütün ehtiyaclarını qarşıladıqdan sonra əgər artıq pul qalarsa, həmin pulu geyimə xərcləyirlər. Ümumiyyətlə isə məcbur qalmadıqları halda (vacib görüşə, qonaqlığa dəvət edilmədikcə) qarderoblarına yeni nəsə əlavə etmirlər. Bu bir çox kişilərin etdiyi səhvdir. Amma unutmayın ki, imkan daxilində qarderobunuzu yeniləməyə çalışmağınız sizi qəfil qonaqlıq kimi çətin vəziyyətlərdən qurtaracaq. Seçim imkanlarınız bol olduğu zaman uzun müddət nə geyinəcəyiniz haqqında düşünməyəcəksiniz.

 

Kəmərsiz şalvar

Əgər geyindiyiniz köynək şalvarın belini örtürsə, bu zaman kəmər taxmağınız mütləq deyil. Amma köynəyi şalvarın içinə salacaqsınızsa, bu zaman kəmərdən istifadə etməyiniz mütləqdir. Əks halda bu geyiminizdə ciddi əksikliklərin olduğu fikrini ortaya çıxaracaq. Geyiminizə uyğun olan çox xırda bir detal (ayaqqabının rənginə uyğun kəmər) isə sizi daha zövqlü göstərəcək.

 

Dar geyim

Düşünə bilərsiniz ki, dar geyim sizi arıq göstərəcək. Əsasən qadınlar bu cür düşünürlər. Amma yadda saxlayın, dar geyimlərlə bədəninizdə olan qüsurları gizlətmir, əksinə onları daha qabarıq göstərirsiniz.

 

Qarışıq rəngli geyimlər

Qarışıq rənglərdən istifadə edərək siz öz geyimizə əsrarəngizlik qata bilərsiniz. Lakin, bu rənglər bir-biri ilə dərəcədə uyğundur? Əvvəlcə bu sual ətrafında baş sındırmalısınız. Açıq qəhvəyi köynəklə, tünd göy rəngli pencəyi uyğunlaşdırmağınız əlbəttə ki, xoş qarşılanmaz.

 

Cins

Cins şalvarlar, köynəklər yəqin ki, sizin də qarderobuzunuzun əvəzolunmaz parçasıdır. Amma baxır onu geyiminizə necə uyğunlaşdırısınız. Siz siz olun cins enli şalvarla qara klassik uzunburun ayaqqabı geyinməyi ağlınızdan belə keçirməyin.

 

Qırış köynəklər

Əgər bu gün köynəyinizi ütüləmək üçün vaxtınız olmayıb, işə qırış köykəklə gəlmisinizsə, bu zaman öz həmcinsinizi inandıra bilərsiniz ki, köynəyin forması belədir, bu il qırış köynəklər dəbdədir. Amma bu yalanı bir qadına deməyi, bu formada bir qadınla görüşə getməyi düşünməyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir