qorxu_tecavuz_usaq_0122

Hansı uşaq ünsiyyətsiz uşaqdır? – VALİDEYNLƏR OXUSUN!

Baxış sayı: 966

Ətrafı ilə ünsiyyət qurmaqda heç bir problemi olmayan uşaqlar olduğu kimi, ətrafı ilə ünsiyyət qurmaqda çətinlik çəkən uşaqlar da az deyil. Üstəlik, belə uşaqlar ənənəvi qaydalara riayət etməkdə də çətinlik çəkirlər. Ünsiyyətsiz uşaqlarda müşahidə edilən digər əlamətlər isə bunlardır:

usaq

– Həmişə əsəbi və aqressivdirlər.

– Yalana və oğurluğa meyillidirlər.

– Dırnaq yemək, barmaq əmmək kimi vərdişləri var.

– Məktəbdə istənilən nəticəni göstərə bilmirlər.

– Yaşıdları ilə tez-tez ziddiyyətdə olurlar.

– Çox vaxt nə istədiklərini bilmirlər.

– Kollektiv arasında olmağı xoşlamırlar.

– Hadisələrə tez reaksiya verirlər və s.

usaq

 

Təbii ki, bir uşaqda bütün bu əlamətlərin olması vacib deyil. Ancaq uşağınızda bu əlamətlərin biri və ya bir neçəsi varsa və üstəlik, uşağınız öz mövqeyində təkid edirsə, vaxtında tədbir görməlisiniz. Digər tərəfdən, bu işdə öz imkanlarınızdan istifadə edə biləcəyiniz kimi, bir mütəxəssisin köməyindən də istifadə edə bilərsiniz. Əks halda, uşağınızın yaşı böyüdükcə problemləri də böyüyəcək və gələcəkdə təkcə sizin və ya özü üçün yox, cəmiyyət üçün də problemə çevriləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir